No Image
No Image

Oruc tutanlar üçün restoranlardakı iftar süfrəsinin qiymətləri - VİDEO

Oruc tutanlar üçün restoranlardakı iftar süfrəsinin qiymətləri - VİDEO
Müqəddəs Ramazan ayının artıq 3-cü gününü yaşayırıq. Oruc tutan vətəndaşlar imsaq və iftar yeməklərini evlərində yedikləri kimi, bəzi hallarda restoranlara da üz tuturlar. Restoranlar da bu tələbatı nəzərə alaraq, onlar üçün xüsusi menyular hazırlayıblar. Bəs qiymətlər necədir və bu qiymətlərə nələr daxildir? 

Sfera.az xəbər verir ki, 11 ayın sultanı müqəddəs Ramazan ayına restoranlar da xüsusi şəkildə hazırlaşıb. Paytaxt Bakıda fəaliyyət göstərən bir çox restoran oruc tutanlar üçün xüsusi iftar menyuları təklif edir.

İftar süfrələri pandemiya şəraitinə uyğun, məhdud müştəri sayı ilə təşkil olunur. Ara məsafəsi gözlənməklə bir masada maksimum 6 nəfərin oturmasına icazə verilir.

Restoran sahibi Mahir Zeynalovun sözlərinə görə, tələb əvvəlki illər səviyyəsində olmasa da, oruclarını restoranlarda açanlar var.

Çəkiliş apardığımız bu restoranda isə iki nəfərlik 4 müxtəlif menyu təklif edilir. 

Başqa bir restoranda isə adambaşı menyu qiymətləri 15-30 manat arasında dəyişir.

Bəzi restoranlar xüsusi imsak menyuları da hazırlayıb. Burada isə iki nəfərlik imsak süfrəsinin qiyməti 16 və 20 manata təklif edilir. Qiymətlər süfrədə olan yeməklərin çeşidlərinin sayına görə dəyişir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu laborator analizləri pulsuz verə bilərik - SİYAHI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb.  Sfera.az xəbər veri...

Şuşada canlı yayımla bayram namazı qılınacaq - VİDEO

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq.  Sfera.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məluma...

DTX əməkdaşları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etmişlər. Sfera.az xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliye...

Space TV-nin yeni rəhbəri istefa verdi - SƏBƏB

Bir neçə gün əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib. Sfera.az Nyus24.az-a istinadən xəbər verir ki, Ü.Mikay...

Mayın 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən Ramazan bayramı ilə əlaqədar 1 həftə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Sfera.az-ın məlumatına görə, bu barədə N...

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi – Yenə külək…

Mayın 9-da gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, 15-20...