Oruc olduqda diş ağrısının qarşısını necə almaq olar?

Oruc olduqda diş ağrısının qarşısını necə almaq olar?
Oruc tutan şəxslər bəzən müxtəlif problemlərlə qarşılaşırlar. 
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oruc tutmusunuzsa və dişiniz ağrıyırsa, soyuq kompres qoyaraq bunun qarşısını ala bilərsiniz. 

Diş sinirindən, diş əti iltihabı və bir çox digər səbəblərdən qaynaqlanan diş ağrılarını azaldacaq üsulları təqdim edirik:
 
1. Dişi fırçalamaq qida qalıqlarının təmizlənməsinə və ağrının azalmasına səbəb olur, dişlərin diş sapları ilə təmizlənməsi də buna daxildir. 

2. Sirkəli və ya duzlu su ilə ağzın yaxalanması diş ağrılarını azaldır. Dişi bakteriyalardan təmizləyir və şişkinliyi aradan qaldırır, dezinfeksiyaedici rolunu oynayır. 

3. Dişə aspirin, spirt və digər məhsullar istifadə etmək əvəzinə qərənfil yağı tətbiq edilə bilər. Qərənfil yağı və ya quru qərənfil illərdir infeksiyanı müalicə etmək üçün istifadə olunur. Qərənfil yağının tərkibində bakteriya öldürən maddə var. Quru qərənfili ağrıyan bölgəyə qoyub bir az gözlədikdən sonra ağrının azaldığını hiss edəcəksiniz. Bundan əlavə antibakterial təsiri nəticəsinə ətraf dişlərin ziyan görməsinin də qarşısını alar. 

4. Ağrıyan bölgəyə soyuq kompres edilməklə ağrını müvəqqəti şəkildə kəsmək olar. O cümlədən, dişə isti kompres edilməsi də ağrının azalmasına səbəb olar . 

5. Diş ağrısı zamanı yatmaq yatılı vəziyyətdə ağrının artmasına səbəb olabilər. Buna görə də yatarkən nisbətən yastığınızı dikləşdirin.

OXŞAR XƏBƏRLƏR