Orqanizmi koronavirusun ağır fəsadlarından qoruyan MADDƏ. Bu məhsullarda var!

Orqanizmi koronavirusun ağır fəsadlarından qoruyan MADDƏ. Bu məhsullarda var!
Selen insan sağlamlığı üçün ən vacib olan antioksidant minerallardan biridir.
Selen iorqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehsalını sürətləndirir.
Amerikada aparılmış eksperimentlər zamanı alimlər siçanlara selen verirdilər və sonra onların immun sisteminin göstəricilərini analiz edirdilər. Nəticədə məlum olub ki, immun sisteminin göstəriciləri xeyli yaxşılaşıb.
Çin alimlərinin fikrinə görə, bu maddənin orqanizmdə defisiti koronavirusun ağır fəsadlarının və koronavirusdan ölümün riskini xeyli artırır.
Selen antioksidant xüsusiyyətlərə malikdir - orqanizmi sərbəst radikalların təsirindən qoruyur, orqanizmdə gedən qocalma proseslərini ləngidir, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
Selen həmçinin qalxanvari və mədəaltı vəzilərinin, kişilərdə reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırır, saçların, dərinin vəziyyətinə müsbət təsir edir, qara ciyərin hüceyrələrinin bərpasına kömək edir.
İnsan seleni qidadan alır. Bu mineral bir çox məhsullarda var. Lakin nəzərə almaq lazımdır ki, karbohidratların (şəkər, şirniyyatlar və s.) çoxlu miqdarda qəbulu bu maddənin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.
Selenlə zəngin olan məhsullar bunlardır:
- qaraciyər (mal, toyuq)
- dəniz balığı
- yumurta
- qarğıdalı
- düyü
- lobya, mərci
- braziliya qozu, badam, püstə, araxis, qoz
- kokos
- buğda kəpəyi
- pivə mayası
- qara çörək
- cücərdilmiş buğda
- göbələk
- sarımsaq

OXŞAR XƏBƏRLƏR