Orfoqrafiya lüğətində koronavirusa aid 3 söz yer aldı

Orfoqrafiya lüğətində koronavirusa aid 3 söz yer aldı
Yenicə çapdan çıxmış "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə (yenidən işlənmiş 7-ci nəşr) koronavirus sözü də yer alıb.

Lüğətə həmçinin, koronafobiya, koronaviruslu və koronavirussuz sözləri də əlavə edilib.

Qeyd edək ki, lüğət bu həftə işıq üzü görüb. Sonuncu orfoqrafiya lüğəti isə 2013-cü ildə çap edilmişdi. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.

OXŞAR XƏBƏRLƏR