Orfoqrafiya lüğətindən 13 min söz çıxarıldı
14:16 / 29.11.2019
1981
"Hazırda yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" "Elm" nəşriyyatındadır".
Sfera.az bildirir ki, bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: "Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub".