Çörəkdə koronavirus TƏHLÜKƏsi - "Heç kim qarant verə bilməz ki..."

Çörəkdə koronavirus TƏHLÜKƏsi -
"Üstü açıq qidalarla bağlı vəziyyət heç də ürəkaçan deyil”.
 
Bu sözləri Sfera.az-a Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib. O, dəfələrlə bu mövzuda xəbərdarlıqların, çıxışların edilməsinə rəğmən, nəticənin eyni olduğunu qeyd edib:

"İnsanların istehlak etdiyi elə qidalar var ki, alıb evə gətirdikləri zaman yumadan istehlak edirlər. Məsələn, çörək, çərəzlər, müxtəlif un məmulatları və s. Bu cür məhsulların yuyulub dezinfeksiya olunmamasını nəzərə alaraq, daşınmasına, rəflənməsinə və paketlənməsinə ciddi nəzarət olmalıdır. Amma nə görürük?  Qida zəncirində ciddi problemlərin hələ də baş alıb getdiyinin şahidi oluruq”.

Müsahibimiz bildirib ki, açıq şəkildə çörəklər çirkli maşınlarda daşınır:

"Eyni zamanda çörəyin üstü açıq şəkildə rəflənməsi müşahidə edilir. Halbuki üstü açıq məhsulların üzərində örtük olmalıdır. Çörəyin marketlərdə, marketə məxsus daşınma arabasında daşınması halları mövcuddur. Amma bu arabada öncə nə daşınıb və ya arabaya koronavirus xəstəsi toxunubmu? Bilmirik! Çörəyin daşınmasını çörək sexləri özləri təmin etməlidilər və sanitar gigiyena qaydalarına xüsusi diqqət yetirməlidirlər. İsti və yumşaq çörəyi seçən müştəri yalın əli ilə üstü açıq olan çörəklərə toxunur ki, bu da virusun yayılmasına şərait yaradır. Heç kim qaranti verə bilməz ki, çörəklərə yalın əl ilə toxunan insanların içində COVİD-19 xəstəliyinə yoluxan yoxdur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...