Orduya antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi

Orduya antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi
Azərbaycan Ordusunun təlimləri davam edir.

Sfera.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

OXŞAR XƏBƏRLƏR