Orduxanın MƏDƏ-niyyəti…

Orduxanın MƏDƏ-niyyəti…
Hadisə Brüsseldə, Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı otelin qarşsında baş verir.  O məkanda ki, Azərbaycanın diaspora nümayəndələri, Brüsseldə yaşayan azərbaycanlılar cəm olub, Azərbaycan Prezidentinə dəstək olduqlarını bəyan edirlər. Və o məkanda ki, Azərbaycanın dövlət başçısı Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin imzalanmasına dair məsələni müzakirə edir.

Orada yenə də bizimki olan, ikinci xırda qrup, Orduxan və dostları isə söyüş, təhqir yağdırır, Azərbaycan Prezidentinin, dövlətinin ünvanına. Hələ sosial şəbəkə üzərindən canlı yayımda adamları aşağılamağı, ələ salmağı da unutmur. Bu "şedevrdir”, "mədəniyyətdir”.

Ya da yox bu, sadəcə Orduxanın mədə-niyyətidir. Danışmasa, söyməsə, təhqir eləməsə, mədə tələbatları ödənməz, ac qalar, həm də işsiz. Orduxanın çörəyi söyməklə, satmaqla çıxır axı…


Leyla Əliyeva diktatorun qızıdır…

Kimdir ee Leyla?…

 O da məhkəmə qarşısına çıxacaq?…

Gör kimi adını çəkirsiniz eyyy, Ayaz Mütəllibov, gərək o heç doğulmayaydı…

Əşi siz heş nə bilmirsiniz…

Nə bilirsiniz eyy siz?…

Əşi dövlətin sirri vaarr? Nə sirri var ee dövlətin, hamı hər şeyi bilir da…

İlham rədd olub getsəydi…

Brüsselə bomjları yığıblar…

Azərbaycanın pullarına adam tuturlar ki, diktator İlhamı dəstəkləsin…

Bunu xüsusilə yazıram, məni söyən sevgili vətəndaş:  

Söysən də, söyməsən də mən səni sevirəm. Bu ölkənin BOMJ-u da mənimdir, dövlət başçısı da. Ayrı-ayrı problemlərimizə gəlincə, əmin ol, məndə problem sizinkindən dəhşətlidir. Amma qaçmıram, getmirəm, söymürəm. Sən söy, lap ağzınıza gələni de. Əminəm, haradasa haqlısan. Problemlər, qayğılar bəzən insanı elə həddə çıxarır ki, ifadə eləməkdə çətinlik çəkirik. Bir də təbii ki, məmləkətdə ciddi məmur problemi var, danmaq cinayət olar. Bəzən elə şeylər edirlər ki, vətəndaş o yana dursun dövlətin də boyu yerə girir. O üzdən söy, söy ki, rahatlayasan, bir də səni gec-tez görsün dövlət baba. Bircə Orduxan səni yazıq, rəzil, ac, bədbəxt, haqqını yedirdən adam kimi tanıda bilməsin dünyaya. Sən  həmişə udan tərəf olun. Bir də bir şeyə əmin ol, əgər bir gün, Orduxanın rəisləri, bu məmləkətdə öz istəklərinə nail olasalar, sən yenə də problemlər içində qovrulan tərəf olacaqsan. Əmin ol, onda da yanında  mən olacağam. Bi dəfə bir fərq olacaq, susan sən, söyən mən olacağam. Deyəcəm ki, Allah sənə lənət eləsin, vaxtında orduxanların ayağına çiyin verməsəydin, bu günə qalmazdıq. Müstəqilliyimiz, dalaşmağa dövlətimiz, söyməyə adamlarımız olardı barı, indi SƏN də lalsan, MƏN də… Yox bu günə qalmaq arzun yoxdursa, aşağıda yazılacaq, müqayisələrə diqqət elə lütfən. İkimizi də VƏTƏNsiz qoyma!..

***

-Azərbaycanda beynəlxalq tədbir keçirilir…erməni də qıcıqlanır, Qərb də, Avropa da, Orduxan da…

-Azərbaycan beynəlxalq layihə reallaşdırır…erməni də qıcıqlanır, Qərb də, Avropa da, Orduxan da…

-Azərbaycan üçün təhlükəli bir hadisə baş verir…erməni də sevinir, Avropa da, Qərb də, Orduxan da…

-Azərbaycan vacib bir sənədi imzalamağa hazırlaşır…erməni də qıcıqlanır, Qərb də, Avropa da, Orduxan da…

-Azərbaycanı aşağılamağa çalışır…erməni də, Qərb də, Avropa da, Orduxan da…

Yəni bu gün Azərbaycanda insan haqları, adamların güzəranı, siyasi məhbus, bərbad siyasi hakimiyyət deyib hayqıranların hədəfi nəyisə düzəltmək deyil. Hədəf AZƏRBAYCANDIR! Onun əlimizdən alınacaq günü gözləməyək! 

Jalə Mütəllimova

OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...