"Ordumuz Xocavənd rayonu istiqamətində irəliləyib" - Bayraq krizi dərinləşir

"Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etməsi və Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşməsi erməni tərəfinin təxribatına verilən ən adekvat cavabdır. Bu həm də qarşı tərəfə ölkəmizin bu və bu kimi məsələlərdə nə qədər qərarlı olduğunu göstərmiş olacaq”.
 
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Azərbaycan hərbçilərinin sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşməsini şərh edərkən deyib. 

Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun mümkün mərtəbə irəliləməsi və bayrağın dəyişdirilməsi təkidlə tələb etməsi çox doğru addımdır:
"10 noyabr bəyanatından sonra sülhməramlılar erməni silahlı birləşmələrini tərkisilah edib ərazidən çıxartmalı idi. Bu o deməkdir ki, Qarabağın dağlıq hissəsində heç bir separatçı qondarma qurum bayrağı olmamalıdır. Xüsusilə də hansısa bir monastır üzərində. 

Aydın məsələdir ki, qarşı tərəf bunu edərək rəsmi Bakını qıcıqlandırmağa çalışır. Lakin bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanı bu tərzdə qıcıqlandırmaq sülh prosesinə mənfi təsir edəcək”.

T. Rzayevin sözlərinə görə, ilk dəfə deyil ki, ermənilər təxribata imza atır, Rusiya sülhməramlıları da buna göz yumur:

"Rəsmi Bakı bundan öncədə bənzər şəkildə Rusiya sülhməramlılarına və Ermənistana xəbərdarlıq edib. Bu dəfə isə ordumuz vasitəsilə nə qədər qərarlı olduğunu qarşı tərəfə göstərib”.
 

 
Turan Rzayev
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boş deputat yerlərinə təkrar seçkilər üçün hazırlıq gedir - Məzahir Pənahov AÇIQLADI

"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb". Sfera.az xəbər verir ki, bunu Mə...

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. ...

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə yüksə...

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? - "Zəngəzur dəhlizi ilə bağlı şərt qoyulacaq"

"Azərbaycanın 44 günlük müharibədə zəfər çalması regionda yeni reallıqlar yaratdı. Göründüyü kimi, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm ...

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sfera.az  "RİA Novosti”yə istinadən xəbər v...

Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçi...