Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi

Ordumuz Laçın dəhlizinə nəzarəti gücləndirdi
Azərbaycan ordusu Qubadlının işğaldan azad etməklə Laçın dəhlizinə nəzarəti gücləndirə bildi ki, bu da düşmənə sarsıdıcı zərbənin vurulması deməkdir.

Sfera.az  xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Qubadlı rayonun strateji əhəmiyytətindən danışarkən bildirib. Ekspertin sözlərinə görə artıq ordumuz Qarabağa aparan kommunikasiya xətlərinə nəzarət edə bilir ki, bu da düşmənin sonunun uzaqda olmadığını göstərir.

Qubadlının işğaldan azad edilməsi Azərbaycan ordusunun Qarabağa aparan yollara daha yaxşı nəzarət etməsinə imkan verir.  Onun sözlərinə görə, bu rayonunun işğaldan azad edilməsi cəbhənin digər istiqamətlərində də sürətli irəliləyişi təmin edəcək. Çünki buradan Qarabağa aparan əsas yol, yəni Laçın dəhlizinə daha yaxından nəzarət etmək mümkündür.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan orudusu Kəlbəcər rayonunun bir hissəsini işğaldan azad etməklə Qarabağa şimaldan gələn yolu nəzarətdə saxlaya bilir. Çünki, düşmən əsas təminat yolu kimi Laçın kalidorunu istifadə edirdi.

Üzeyir Cəfərov bildirir ki, hazırda ordumuzun yerləşdiyi yerlər dağlıq ərazilər olsa belə müasir texnalogiyalarla əraziyə nəzarət edə bilir. Eyni zamanda Qubadlı istiqamətindən işğal altındakı ərazilərə silah-sursatın daşınmasının da qarşısı tam formada alınıb.

Hərbi ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilər göstərir ki, artıq müharibənin sonuncu fazası yaşanır. Yəni ordumuz bütün torpaqları işğaldan azad etməyə çox yaxındır.
(xezer tv)

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...