No Image
No Image

Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA

Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA
Ermənistana verilən 10 günlük əlavə möhlət bitdiyi andan- noyabrın 25-dən Azərbaycan Ordusu iki istiqamətdən Kəlbəcərə daxil oldu. Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, əsgərlərimiz hərbi texnika ilə birlikdə Daşkəsən və Göygöl istiqamətindən Kəlbəcər ərazisinə girib. Amma Kəlbəcərlə həmsərhəd olan Ağdərə istiqamətindən giriş daha rahat olduğu halda, bu yolun istifadə edilməməsi mübahisələrə səbəb olub.

Sfera.az  xəbər verir ki, bu barədə danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, hansı istiqamətdən hansı qüvvələrin daxil olması planlı şəkildə ordu rəhbərliyi tərəfindən müəyyənləşdirilib:

"Biz bilmirik, burada hansı amillər daha böyük rol oynayır. Murovdağdan oraya yol daha yaxındır, nəinki Ağdərə istiqamətindən. Ola bilər ki, orada olan hərbi hissələr o istiqamətdədir, yaxın olduğu üçün oranı seçiblər. Hər hansı bir tapşırığı yerinə yetirərkən oraya təsir edən optimal bir variant axtarılır.

Ağdərə yolundansa, Daşkəsən və Göygöl tərəfindən Murovdağ silsiləsinə gedən yol daha əlverişli sayılır. Ağdərə istiqamətində yerləşən hərbi hissələr Kəlbəcərə getməli olsaydı, o yolu seçərdilər. Bizim əvvəlki təmas xəttindən Kəlbəcərə 30-40 km yol var. Ağdərə yolu seçilsəydi, 200 km yol getməli idik”.
(modern.az)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vətəndaşlara "COVID pasportu" veriləcək? - ÜST cavab verdi

"Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”. Sfera.az xəbər v...

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb. Təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olun...

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - SİYAHI

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq.   Sfera.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yan...

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI

Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib. Sfera.az...