“Ordumuz bütün vəzifələri yerinə yetirmək iqtidarındadır\"- Politoloq

“Ordumuz bütün vəzifələri yerinə yetirmək iqtidarındadır\

"Bu gün ordumuz üzərinə düşən bütün vəzifələri yerinə yetirmək iqtidarındadır".


 

Bunu Sfera.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.


 

O xatırladıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ordu hələ formalaşmamışdı və bu sahədə ciddi qüsurlar vardı: "Bu qüsurların nəticədir ki, 1990-cı illərin əvvəllərində uğurlu əməliyyatlar keçirsək də düşmənin əks-hücumlarının qarşısını ala bilmədik və daha çox torpaq itirdik. Yalnız 1990-cı illərin ortalarında nizami ordu qurulmağa başladı. Hazırda ordumuz xeyli inkişaf edib, bütün silah və texnikalarla təchiz edilib”.


 

Politoloq bildirib ki, ordu quruculuğu çətin və mürəkkəb prosesdir: "Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ölkəmizin müttəfiqi olan dövlətlər bizə dəstək verdilər: "Təsadüfi deyil ki, Türkiyə Azərbaycan Ordusu ilə birgə il ərzində ən az 1-2 hərbi təlim keçirir. Türkiyə NATO-nun üzvü olduğuna görə böyük təcrübəsi və güclü ordusu var. Azərbaycan Ordusu da illərdir ki, bu təcrübədən istifadə edir. Bununla yanaşı Azərbaycan birbaşa NATO ilə əməkdaşlıq edir və bu da ordumuzun inkişafında böyük rol oynayır".


 

Qeyd edək ki, mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada məcburi köçkünlərlə görüşdə deyib: "Bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...