Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?
 "Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənməsinə xidmət edir”.  

Bunu "Report”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, general-polkovnik Zakir Həsənov Müdafiə naziri təyin olunandan sonra orduda islahatlar daha da sürətlənib: "Son illərdə çoxlu sayda hərbi hissələr, hərbi təyinatlı obyektlər, subay və ailəvi hərbi qulluqçularımızın məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yaşayış binaları inşa olunaraq istifadəyə verilib. Bununla yanaşı, hərbi qulluqçularımızın həm ərzaq, həm də geyim təminatı artıb. Hazırda Azərbaycan Ordusunda NATO standartları tətbiq olunur. Davamlı olaraq genişmiqyaslı təlimlər keçirilir. Orduda keçmiş illərdəki ciddi qüsurlar hazırda yoxdur. Bütün bunlar Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra qazanılan uğurlardır”. 
 
 
E.Şahinoğlunun fikrincə, keyfiyyət dəyişikliyi həmişə kadrların yenilənməsi ilə müşahidə olunmalıdır. Bu baxımdan o, Müdafiə Nazirliyində olan növbəti kadr dəyişikliyini yüksək qiymətləndirib: "Biz daha güclü ordu istəyiriksə, onda kadr islahatlarının olmasını vacib bilməliyik. Çünki bu, orduda keyfiyyətin yüksəlməsinə, yeni təcrübələrin qazanılmasına səbəb olacaq”. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrası isə general-leytenant Nizam Osmanova həvalə olunub.

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...