Ordubada 41 sm qar yağdı - FAKTİKİ HAVA

Ordubada 41 sm qar yağdı - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Sfera.az  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 11:00-a olan məlumatına əsasən, yanvarın 27-si günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Salyanda 9 mm, Sarıbaş (Qax), Şahbuzda 6 mm, Sabirabad, Cəfərxanda 4 mm, Lerik, Kişçay (Şəki), Ordubad, Ağdərədə (Ordubad) 3 mm, Naxçıvan, Daşkəsən, Göygöl, Qobustan, Qusar, İmişli, Şamaxı, İsmayıllı, Ağsu, Şabranda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 4 mm, Pirallahıda 3 mm, Bakı, Maştağada 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 41 sm, Sarıbaşda (Qax) 29 sm, Şahbuzda 15 sm, Qrızda 13 sm, Lerikdə 7 sm, Naxçıvanda 6 sm, Kişçayda (Şəki) 5 sm, Xaltanda 4 sm, Şamaxıda 2 sm, Daşkəsəndə 1 sm təşkil edib.

Şimal-qərb küləyinin sürəti Tərtərdə arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Havanın minimal temperaturu bu gecə aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti olub.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...