No Image

“Ordu tənqid edilə bilməz, ancaq sevilə bilər” - Deputat

“Ordu tənqid edilə bilməz, ancaq sevilə bilər” - Deputat
 
"Ordu tənqid edilə bilməz, ancaq sevilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə son vaxtlar sosial şəbəkələrdə orduya, ordu rəhbərliyinə qarşı qarayaxma kampaniyalarının aparılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Deputat bildirib ki, Azərbaycan silahlı qüvvələrinin cəbhə xəttində döyüş hazırlığı çox yüksək səviyyədədir:
 
"Ermənistan fərqinə varır ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Hətta sabiq prezident Serj Sarkisyan son bəyanatında bildirib ki, Azərbaycan heç zaman o torpaqların müstəqilliyinə razılıq verməyəcək. Azərbaycan silahlı qüvvələrinin həm cəbhə xəttində, həm  Ermənistanla sərhəd xəttində döyüş hazırlığı çox yüksək səviyyədədir. Ermənistanın cavabı isə sadəcə olaraq özünün mövcudluğunu yada salmaqdır. Ermənistanın nə hərbi hazırlığı, nə silah-sursat təhcizatı Azərbaycana çata bilər. Ara-sıra baş verən döyüşlərdə, hərbi toqquşmalarda da Ermənistan bunu bütün gücü ilə hiss edir”.

Sosial şəbəkələrdə ordu və ordu rəhbərliyinə qarşı aparılan qarayaxma kampaniyasına gəlincə, Aydın Mirzəzadə buna təəssüf etdiyini vurğulayıb:

"Sosial şəbəkə izləyiciləri yazılarının, rəylərinin Azərbaycanın təhlükəsizliyinə nə dərəcədə təsir etməyin fərqinə varmalıdır. Bizim hansısa bir məlumatı yazmağımız təhlükəsizliyimizə ciddi təsir edə bilər. Düşmən ayıqdır, bizim sosial şəbəkələri, medianı, televiziyaları izləyir. Bu gün Ermənistan xüsusi xidmət orqanlarında Azərbaycan dilini bilən, Azərbaycan içində gedən prosesləri izləyən çox sayda mütəxəssisləri var. Eyni zamanda sadə vətəndaş da diqqətli olmalıdır. Ordumuzla bağlı hər hansı ehtiyyatsız fikirin səslənməsi də öz mənfi təsirini göstərə bilər. Mən buna təəssüflənirəm və hər bir kəsi diqqətli olmağa çağırıram. Bu, şəxsi məsələ deyil, ölkənin milli təhlükəsizlik məsələsidir. Mən bu məsələdə cəmiyyəti diqqətli olmağa səsləyirəm”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs cərimələndi - RƏSMİ + FOTO

 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alı...

Azərbaycanlı müğənni və dostuna cinayət işi açıldı - FOTO

 "Müğənni Elnar Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib. Həmin ve...

Millət vəkili bir gün ərzində 54 seçicisini qəbul edib - FOTO

 Millət vəkili Şahin Seyidzadə Abşeron rayonunun Aşağı Güzdək, Güzdək, Qobu, Hökməli, Perekeşkül qəsəbələrindən olan seçicilərlə qəbul keçirib. 54 seçicini...

Azərbaycanda dəhşətli hadisə — Yaralılar var — FOTO

 Abşeronda yol qəzası olub. Sfera.az apa-ya istinadən xəbər verir ki, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hər...

Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib - FOTOLAR

  Ötən həftə "Nar”ın dəstək olduğu "Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan P...

“Ermənistan ordusundakı əsgər çatışmazlığı PKK üzvləri hesabına doldurulur” – Polkovnik

 "Düşmən tərəfin nəinki əsgər, ümumiyyətlə insan çatışmazlığı var, xüsusilə də Dağlıq Qarabağda”.   Sfera.az xəbər verir ki, bunu ehtiyatda olan ...