Ordu quruculuğu Vətənə sevgi, dövlətçiliyə sədaqətdir!

Ordu quruculuğu Vətənə sevgi, dövlətçiliyə sədaqətdir!
 

Bu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaranmasının 102-ci ili tamam olur. Şübhəsiz, hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra diqqət yetirilməsi mühüm olan məsələlərdən biri də ordu quruculuğu idi. Çünki Azərbaycan torpaqları düşmən hücumuna məruz qalmışdır. Tarixin çətin sınağı qarşısında qalan bir xalqı həmin sınaqdan alnıaçıq çıxara biləcək ən vacib amil o xalqın həmin şəraitdə nə qədər müdrik qərar qəbul etməsidir. 1993-cü idə  xalqın təkidli çağırışı nəticəsində Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin tariximizdə müstəsna yeri vardır. Müasir Azərbaycan Ordusunun müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin  layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Ölkə başçısının diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb.  Ali Baş Komandanın diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. 
Ölkə başçısının hərbi hissələrin Azərbaycan standartları əsasında, müasir texnikadan istifadə etməklə tikintisinə  diqqət yetirməsini xüsusilə qeyd etmək lazımdır. Bu hərbi hissələrdə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. Ümumi ərazisi 11 hektardan çox olan hərbi hissəsinin tikintisinə iki il bundan əvvəl başlanıb və artıq yüksək keyfiyyətlə başa çatdırılıb. Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşüb. 
Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, zabit və əsgərlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman diqqət yetirmişdir. Məhz Prezidentin qayğısının nəticəsidir ki, orduda 20 il qüsursuz xidmət edən zabitlərə  dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilib. Prezidentin göstərişinə əsasən bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilməsi nəzərdə tutulub. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitlərimiz olmazdı. Əlbəttə ki, bütün bunlar ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasətin nəticəsidir.
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Lakin biz müharibə şəraitində yaşayırıq, ölkə ərazisinin 20 faizi işğal altındadır.  Düşmən ölkə tərəfindən beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir.  Beynəlxalq hüquq normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir. Prezidentin çoxsaylı qərarları nəticəsində ordu quruculuğu sahəsində görülən işlər nəticəsində Azərbaycan ordusu bu gün cəbhə bölgəsində strateji üstünlüyə malikdir.  Həm 2016-cı ilin  aprel ayında keçirilən hərbi əməliyyat, həm də  2018-ci ilin may ayındakı Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.  Bu gün Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. 

Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi



OXŞAR XƏBƏRLƏR

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...