No Image

“Ordu həmişə hiss etməlidir ki, xalq onun arxasındadır”- Elman Nəsirov

“Ordu həmişə hiss etməlidir ki, xalq onun arxasındadır”- Elman Nəsirov
 

Ordu rəhbərliyinə qarşı qarayaxma kampaniyası düşmənlərin əsas məqsədidir. Bu əsgərləri ruhdan salmağa xidmət göstərir.

Ona görə də hər bir vətəndaşımız belə gərgin vaxtda sosial şəbəkədə rəy yazanda gözünün qabağına əsgərlərimizi gətirməlidir. Onların ruh düşkünlüyünə səbəb olacaq fikirlər səsləndirilməməlidir.
Təəssüf doğursa da belə hallara sosial şəbəkə istifadəçiləri tərəfindən az da olsa rast gəlinir.

 

Bununla bağlı Sonxeber.az-a deputat Elman Nəsirov danışıb:

"Hazırda mən Goranboy rayonunda cəbhə bölgəsindəyəm. Lap ucqar yerdə N saylı hərbi hissə ilə ara məsafəmiz 400-500 metrdir. Hərbiçilərlə, zabit heyəti, komandirlərlə əlaqələrimiz, görüşlərimiz, söhbətlərimiz var. Onların həyat şəraitinə yaxından bələdəm və izləyirəm.

Biz müharibə vəziyyətində olan ölkəyik. Torpaqlarımız işğal altındadır. Bu gün Azərbaycan ordusunun qarşısında müqəddəs bir vəzifə dayanır. Bu torpaqlarımızı işğaldan azad etməkdir. Bunun üçün dövlət başçısı orduya hər cəhətdən ən yüksək səviyyədə qayğı, diqqət göstərir.

Müvafiq qurumun hesabatında yer almış göstəricidir ki, Azərbaycan ordusu bu gün dünyanın hazırlıqlı, yüksək döyüş qabiliyyətli ordusu arasında yer alır. Bizim Azərbaycan vətəndaşı kimi borcumuz ordumuza dəstək olmaqdır.

Danışığımızla, fəaliyyətimizlə, əməli hərəkətlərimizlə ordumuza ruh verməli, arxa durmalı, kömək olmalıyıq.

Şəxsən mən azərbaycanlı vətəndaşı kimi Azərbaycan ordusu ilə qürur duyur, fəxr edirəm. Azərbaycan ordusu bu gün qələbə əzmi ilə yaşayır. Ordumuz hər an torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanımızın hücum əmrini gözləyir və buna qadirdir”.

Deputat bildirib ki, ordu həmişə hiss etməlidir ki, xalq onun arxasındadır:

"Əsgər və zabitlərimiz həmişə hiss etməlidir ki, xalqın hər bir nümayəndəsi onları sevir, onlara arxa- dayaqdır, onlarla qürur duyur.
Hesab edirəm ki, biz bu əqidə ilə yaşamalıyıq, onlara bu cür münasibət bəsləməliyik. Başqa cür ola bilməz. Əgər biz vətənpərvərlikdən, torpaq sevgisindən danışırıqsa, torpaqlarımızın işğaldan azad olunmasından söhbət ediriksə, müstəqil dövlətimizin daha təhlükəsiz, möhkəm və güclü olmasını istəyiriksə ordumuza arxalanmalıyıq, sevməliyik”.

OXŞAR XƏBƏRLƏR