Oqtay Gülalıyev palataya köçürüldü

Oqtay Gülalıyev palataya köçürüldü
 

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.

Sfera.az xəbər verir ki, bu barədə onun oğlu Əli Gülaliyev məlumat yayıb.

"Atam Oqtay Gülalıyev bu gün Amerikan Xəstəxanasında palataya köçürülüb. Təəssüf ki, onun vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”, - deyə oğlu qeyd edib.

 

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

Bir neçə güün əvvəl Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...