Operativ Qərargah: Xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər

Operativ Qərargah: Xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər
 

Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur.

Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

"COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir.

Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur.

Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.

COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir”, - deyə məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa DƏVƏT OLUNDU

Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.   Sfera.az&nbs...

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...