“Operativ Qərargah günahkardır, onların səhvi ucbatından...\" – Ekspertdən SƏRT AÇIQLAMA

“Operativ Qərargah günahkardır, onların səhvi ucbatından...\

"Operativ Qərargahın bundan əvvəl yumşalma istiqamətində atdığı addımların ardıcıllıq və məntiq pozuntuları insanların virusa münasibətdəki davranışında ciddi şəkildə mənfi rol oynadı. Bu mənada virusa yoluxma ilə bağlı yaranmış gərgin durumda Operativ Qərargahın atdığı bəzi məntiqsiz addımların da rolu olub”.


Sfera.az-a açıqlamasında bu sözləri iyunun 21-dən iyulun 5-dək tətbiq edilən iki həftəlik sərt karantin rejiminin virusa yoluxma prosesində müsbətə doğru dönüş yarada bilib-bilməyəcəyi məsələsinə toxunarkən REAL-ın icra katibi Natiq Cəfərli deyib: "Əslində karantin rejimi öz-özlüyündə virusu yox etməyə yönəlik addım deyil. Karantin rejimi virusun yayılma sürətini azaltmaq üçün atılan addımdır. Görünən odur ki, həmin sürətin azalması üçün tək karantin rejiminin tətbiqi azdır.İnsanların təşviq olunması, yeni davranış qaydalarına sürətlə keçmələri üçün ciddi addımların atılmasına, sosial çarxların, ciddi ictimai müzakirələrin olmasına da ehtiyac var ki, yoluxma hallarının sayı azalsın”.


Həmsöhbətimiz qeyd etdi ki, hələlik şənbə və bazar günləri üçün tətbiq olunan sərt karantin rejiminin müsbət nəticələri görünmür:"Əslində şənbə və bazar qadağası artıq ciddi azalmaya səbəb olmalı idi. Ancaq gördüyümüz kimi, bu baş vermədi. Çünki hələ də davranış qaydalarını dəyişməmişik”.

 

N. Cəfərlinin fikrincə, tək iki həftəlik sərt karantin rejimi ilə problemi həll etmək mümkün olmayacaq: "Yalnız davranış qaydalarının dəyişməsilə paralel sərt karantin tədbirləri effekt verə bilər. Əks halda nəticə olmayacaq”.


Ekspert düşünür ki, iki həftəlik sərt karantin rejiminə qayıdış Operativ Qərargahın bundan əvvəl yumşalma istiqamətində verdiyi qərarların səhv addım olduğunu üzə çıxartdı: "Bu müstəvidə son günlər yoluxma sayının artmasında vətəndaşlarla yanaşı, Operativ Qərargahın həmin fəaliyyəti də öz mənfi rolunu oynayıb. Verilən qərarların mexanizmi, nəyə əsaslandığı məlum deyil.Heç bir məsləhətləşmə, ictimai müzakirə aparmadan mayın 18-də SMS rejimini ləğv etdilər. İyunun 1-dən isə daha geniş açılıma getdilər. İyunun 6-dan isə şənbə və bazar günləri üçün sərt karantin rejiminə keçdiklərini bəyan etdilər. Yəni, bu addımların ardıcıllıq və məntiqinin pozulması da insanların virusa münasibətdə davranışında ciddi şəkildə mənfi rol oynadı”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...