Operativ Qərargah daha bir yarışın keçirilməsinə razılıq verdi - FOTO
18:57 / 24.11.2021
1075
Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir qapalı zalda yarışın keçirilməsinə icazə verib.
Sfera.az xəbər verir ki, Bakı Su İdmanı Sarayından verilən məlumata görə, noyabrın 26-da üzgüçülük üzrə Azərbaycan çempionatı start götürəcək.
3 gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək.
Su İdmanı Sarayında baş tutacaq çempionata saat 17:00-da start veriləcək.
Qeyd edək ki, dünən güləş üzrə Azərbaycan çempionatının 7-9 dekabr tarixlərində keçiriləcəyi məlum olmuşdu.