OPEC+ üzrə nazirlərin görüşü martın əvvəlinə qədər keçiriləcək

OPEC+ üzrə nazirlərin görüşü martın əvvəlinə qədər keçiriləcək
 

OPEC+ formatının Nazirlər Komitəsinin iclası fevralın sonunda, yaxud martın əvvəlində keçirilə bilər.

Sfera.az  xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Nurlan Noğayev bildirib.

O, OPEC-in baş katibi ilə söhbət etdiyini deyib: "Qərar vermək üçün verilən təklifə baxırıq. Hazırda hasilatla bağlı öhdəliyimiz 1 843 min bareldir. Bizə verilən təklifə görə gündəlik hasilatı 20-30 min barel azaltmalıyıq”.

Xatırladaq ki, OPEC+ Texniki Komitəsinin tövsiyəsi gündəlik neft hasilatını 2018-ci ilin oktyabrı səviyyəsinə nisbətən 1,7 milyon barel azaltmağı nəzərdə tutan və mart ayının sonunadək qüvvədə olan mövcud razılaşmanı ilin sonunadək uzatmağı, hasilatı da daha 600 min barel azaltmağı nəzərdə tutur.

Bundan əvvəl OPEC konfransının prezidenti, Əlcəzair energetika naziri Məhəmməd Ərkab texniki komitənin razılaşma müddətini koronavirusun fəsadlarını aradan qaldırmaq üçün uzatmağı təklif etdiyini bildirmişdi. Səudiyyə Ərəbistanı hökuməti də hasilatı ilin sonunadək onlara ayrılan kvotaya nisbətən daha 400 min barel azaltmağa hazır olduqlarını açıqlamışdı.

Belə olarsa, üzv ölkələrinin öz öhdəliklərinə əməl edəcəkləri təqdirdə OPEC+ formatı çərçivəsində hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 2,1 milyon barel azalacağı deməkdir. (report)


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...