No Image
No Image

“OPEC+” problemi və yeni virus ştamı neft bazarında narahatçılığı artırır - ŞƏRH

“OPEC+” problemi və yeni virus ştamı neft bazarında narahatçılığı artırır - ŞƏRH
"OPEC+” razılaşmasının əldə edilməməsinin ardından yeni COVİD-19 ştamının yayılması neft bazarlarında narahatçılığı bir qədər də artırıb.
 
Sfera.az Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir ki, mövcud vəziyyət neft qiymətləri üçün risklər yaradır.
 
Agentliyin şərhinə görə "OPEC+” ölkələrinin avqust ayı üçün hasilat kvotasında razılaşma əldə etməməsi neft bazarında təklifin tənzimlənə bilməməsi qorxusunu yaradıb. IEA bildirir ki, dünyada neftə olan gündəlik tələbi gündəlik hasilat hesabına ödəmək mümkün deyil. Artıq tələbin həcmi təklifi keçib və əlavə həcmlər pamdemiyanın əvvəlində yaradılan ehtiyatlar hesabına təmin olunur.
 
İEA-nın məlumatına əsasən, son 10 ildə ilk dəfədir ki, ehtiyatlardan çox istifadə edilir. Agentlik hasilatın artırılmayacağı təqdirdə ehtiyatların daha çox azalacağını və nəticədə neft qiymətlərinin yüksələcəyini bildirir.
 
Qurum izah edir ki, neftin proqnozlaşdırılan səviyyədən daha baha satılması neft ixracatçıları üçün risk yaradır. Çünki yüksək qiymət şəraitində neft hasil edən bütün ölkələr hasilatı artırmağa çalışır. Bu vəziyyət bazarlarda neft bolluğunin yaranmasına və nəticədə qiymətlərin yenidən kəskin enməsinə gətirib çıxarır.

Belə bir qiymət dalğalanmasının yaşanmaması üçün "OPEC+” çərçivəsində hasilatın razılaşdırılması vacibdir.  "OPEC+” çərçivəsində razılaşma əldə edilməyəcəyi təqdirdə neft bazarında qiymət volatilliyinin yüksək olacağını bəyan edən İEA hesab edir ki, bu vəziyyət həm ixracatçı, həm də idxalçı ölkələrə sərf etmir.
 
Agentliyin proqnozuna əsasən, 2021-ci ilin sonuna kimi neftə olan tələb artacaq və 2022-ci ilin əvvəlində gündəlik tələb 100 milyon barelə çatacaq. Bu il ərzində gündəlik tələbin 5,4 milyon barel artması gözlənilir.
 
İEA neft bazarı üçün növbəti təhlükənin COVİD-19 virusunun yeni ştamının yayılmasında görür. Agentlik virusun yeni variantının növbəti sərt karantin tədbirlərinə yol açacağından və bununla tələbin kəskin zəifləyəcəyindən narahatdır.
 
Vasif
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dollarla bağlı qərar verildi

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb. Sfera.az xə...

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR

İyulun 1-dən Azərbaycanda karantin tədbirləri çərçivəsində toyların keçirilməsinə icazə verilib. Maraqlıdır ki, ölkəmizdə toy etmək üçün nə qədər vəsait lazımdı...

Bu il kənd təsərrüfatı mallarının ixracında rekord qeydə alınacaq

2021-ci ildə kənd təsərrüfatı məhsullarının ixracında yeni rekord göstərici qeydə alına bilər. İlin ilk yarısının məlumatları göstərir ki, ilin yekununda aqra...

Avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfə artıb – SƏBƏB

2016-2020-ci illər ərzində Azərbaycanda avtomobil ehtiyat hissələrinə çəkilən xərc 4 dəfədən çox artaraq 400 milyon manatı ötüb.  Rəsmi məlumatlara ə...

Azərbaycanda əhali ən çox hansı spirtli içkini içir? – İldə yarım milyarda yaxın pul xərclənir...

Azərbaycan əhalisi son 5 ildə spirtli içkilərə xərclədiyi pulu 39 faizdən çox artırıb.    2016-cı ildə 311 milyon manatlıq spirtli içki alan əhali ö...

Prezident Mərkəzi Banka yeni səlahiyyət verdi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, sənədə əsasən, bank və ya bank olmayan kredit təşkilatı ...