“OPEC+” gözləntini doğrultmadı - Neft daha da bahalaşdı

“OPEC+” gözləntini doğrultmadı - Neft daha da bahalaşdı
Dünən "OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr) çərçivəsində ölkələrin nazirlərinin qəbul etdiyi qərar neft qiymətlərinin xeyli artmasına səbəb olub. Nazirlərin 21-ci iclasında noyabrda gündəlik neft hasilatının 400 min barrel artırılmasına dair qəbul edilib və bu qərara Azərbaycan da öz dəstəyini verib. 

Sfera.az bildirir ki, görüşdən öncə qeyri-rəsmi danışıqlar aparılıb. Danışıqlarda dünyada neftə tələbin güclənməsini və qaz qiymətlərinin sürətlə artmasını nəzərə alaraq gündəlik hasilatın 400 min yox, 800 min barel artırılması təklif edilib. Lakin ölkələrin əksəriyyəti bu təklifi qəbul etməyib və əvvəl əldə edilən razılaşmaya uyğun olaraq gündəlik hasilatın 400 min barel artırılması fikrini dəstəkləyiblər. 

Nazirlərin görüşündən öncə hasilatın daha çox artırılmasına dair çağırışlar var idi. Birja iştirakçıları da neftə tələbin təklifi keçdiyini nəzərə alaraq hasilatın nəzərdə tutulandan çox artırılacağını gözləyirdilər. Amma yekun qərar onu göstərdi ki, "OPEC+” əvvəllər əldə edilən razılaşmanı hələ dəyişmək istəmir. 

Ekspertlər bildirir ki, neft hasilatının 400 min barel artırılması ölkələrdə saxlanclarda olan ehtiyatların bir qədər də azalmasına səbəb olacaq. Çünki gündəlik hasilatın artırılmasından sonra da neft istehlakı, neft hasilatından çox olacaq. 

"OPEC+” ölkələrinin bu mövqeyi dünən "Brent” neftinin qiymətini 81,9 dollara qədər yüksəldib. Bu qiymət səviyyəsi 2018-ci ilin oktyabrından sonra qeydə alınan ən yüksək səviyyədir. Əgər qiymətlər daha 1,5 dollar artarsa, o halda, 2014-cü ilin ikinci yarısından sonra ən yüksək qiymətlər qeydə alınacaq. 

Şərhlərdən aydın olur ki, OPEC plusun qərarı nəzərdə tutulduğu müddətə qədər, yəni 2022-ci ilin sentyabrına qədər qüvvədə qalarsa, birjalarda neft qiymətlərini bir qədər də yüksələcək. Hətta gözləntilərə görə qiymətlərin 100 dollar həddinə çatması realdır. 

Qeyd edək ki, qərara əsasən Azərbaycan da gündəlik neft hasilatını artıracaq. Azərbaycan gündəlik xam neft hasilatını noyabrda daha 7 min barrel artıraraq 647 min barelə çatdıracaq. Bu qərar kondensat istehsalına aid olmayacaq. Kondensat istehsalı da nəzərə alınarsa, noyabrda Azərbaycanın gündəlik neft hasilatı 763 min tonu ötəcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...