“Onun vətəndaş cəmiyyəti institutları ilə görüşü...” - Filip Rikerin Azərbaycan səfərinə münasibət

“Onun vətəndaş cəmiyyəti institutları ilə görüşü...” -  Filip Rikerin Azərbaycan səfərinə münasibət
"Rəsmi Vaşinqton bu addımı ilə Azərbaycanla münasibətdə enerji və regional, beynəlxalq təhlükəsizlik məsələlərinə nə qədər önəm verirdisə, eyni zamanda, demokratiya və insan haqları məsələsinə də xüsusi yanaşdığını ifadə etmək istəyir. Bu baxımdan da Rikerin görüşlərində belə bir ardıcıllıq müəyyən edilib”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin Azərbaycana səfəri çərçivəsində ilk görüşü dövlət rəsmilərilə deyil, vətəndaş cəmiyyəti institutları nümayəndələrilə keçirməsinin səbəblərindən danışarkən, Milli Məclisin deputatı Elman Nəsirov deyib:
 
"Adətən beynəlxalq praktikada onu görürük ki, belə səfərlər zamanı yüksək rütbəli dövlət məmurları ilk növbədə rəsmilərlə görüşürlər. Ancaq Filip Rikerin Azərbaycanda olarkən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyti institutları ilə görüşü önə salması yəqin ki, ABŞ-ın yeni adminstrasiyasının ilk növbədə insan haqları, demokratiya, vətəndaş cəmiyyəti kimi institutların inkişafı kimi məsələlərə xüsusi önəm verməsinə işarədir. Belə yanaşma Vaşinqtonun bu institutlarla əməkdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu ifadə edir. Onun vətəndaş cəmiyyəti institutları ilə görüşü önə çəkməsində məhz bu mesaj özünü daha çox göstərir”.

Deputatın fikrincə, görüşlərin bu səpkidə keçirilməsində həmçinin, ABŞ nümayəndəsinin rəsmilərlə görüşdə vətəndaş cəmiyyəti institutları ilə bağlı həllini gözləyən məsələləri qabartmaq, fikir mübadiləsi aparmaq niyyəti də öz əksini tapıb: "Azərbaycan üçün onların kiminlə birinci görüşmələrinin heç bir fərqi yoxdur. Azərbaycan demokratik inkişaf yolunu seçmiş ölkədir. Ölkəmizdə qadınlara seçmək və seçilmək hüququ ABŞ-dan öncə verilib. Qoy Riker vətəndaş cəmiyyəti instututları nümayəndələrilə də görüşüb, onları da dinləsin. Özü də şahidlik edəcək ki, Azərbaycanda demokratik inkişaf quruculuğu istiqamətində ardıcıl, prinsipial addımlar atılmaqdadır”. 
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR