"Onun qadınlarla mübahisə etmək kompleksi var" - Brilliant Namiqin cavabını verdi

Xəzər TV-də yayımlanan 5/5 verilişinin bu dəfəki qonağı Xalq artisti Brilliant Dadaşova olub.

Sfera.az xəbər verir ki, Brilliant Dadaşova bir müddət əvvəl Namiq Qaraçuxurlu və Sevil-Sevinc bacıları bu verilişdə qonaq olduğu zaman telefon bağlantısı ilə verilişə qoşulmuşdu. 

Dadaşova aparıcı Zaur Kamaldan yaşını soruşan Namiq və Sevil-Sevinc Səfərova bacıları haqda "Elə qabiliyyətsiz deyiləm" sözünü söyləmişdi. Bu isə Qaraçuxurlunun xətrinə dəymiş və "Brilliant Dadaşovanın yaş kompleksi var" ifadəsini işlətmişdi.

B.Dadaşova məsələyə aydınlıq gətirib və Namiqdən incidiyini gizlətməyib:

"Olduğum yerdə televizor yox idi, səs-küylü yerdə idim. Kimlərin qonaq olduğunu bilmirdim. Səninlə zarafatım var. Sən gürcüstanlı, mən bakılıyam. Hər zaman məndən yaş soruşursan, sənə sataşdım. Dedim, elə qabiliyyətim yoxdur.  Namiq "kompleks" deyib. Heç bir kompleksim yoxdur. Namiqin qadınlarla mübahisə etmək kompleksi olduğunu bilmirdim". (yeni sabah)


OXŞAR XƏBƏRLƏR