“Onun bircə səhvinin ucbatından oldu”-VİDEO

“Onun bircə səhvinin ucbatından oldu”-VİDEO

 

Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-nin "Gəlin danışaq” verilişində maraqlı açıqlamalar verib.

Müğənni bu sənəti seçməsinin ailəsində yaratdığı narazılıqlardan danışıb:

"Atam sənətkar idi. Görürdü ki, mənim iç dünyamda nə boyda sənət var. O uşaqlığımla nələr oxuyurdumsa. Atam məni çox gözəl başa düşürdü, amma qardaşlarım gənc idi, istəmirdilər. Böyük qardaşım Ağalar çox ciddi oğlan idi. Heç vaxt icazə verməzdi ki, qız manikürə getsin, icazə verməzdi ki, salona getsin. Ancaq o biri qardaşlarım heç qarışmazdl. Sadəcə olaraq narazılıq var idi.

Mənim böyük qardaşım əsəbləşməsin, evdə söz-söhbət olmasın deyə atam düşünüb-daşınıb dedi ki, ailə qurmağın vaxtıdır. Qoy sənin də bu sənətini müdafiə edənin olsun, qardaşın artıq müdaxilə etməsin. Bir çıxış yolu kimi həm də”.

Sənətçi 15 yaşında ərə getməsindən də danışıb:

"Misal üçün, bir gənc qızın 15 yaşında ərə getməyinə mən bu gün qəti "yox" deyərəm. Amma mən 15 yaşımda ailə qurdum. Bir sənətlə alışıb yanan övlad oğlandır, qızdır, fərqi yoxdur, mən ona "hə" deyərdim, ona kömək edərdim səhnəyə çıxsın. Mənim o yaşda ailə qurmaq ağlıma belə gəlmirdi. Təsəvvür edin ki, vağzalı çalınır, mən gedirəm, atam çıxdı mənə xeyir dua versin. Mən atama dedim ki, ata, mən hara gedirəm? Atam başını aşağı salıb çox pis oldu. Dedi ki, bala qonaq gedirsən, rayona gələcəksən. Mənim başımı aldatdı. Görür uşağam, heç başa düşmürəm. Deyirəm, papa, tez qayıdım da, nə olar. Yəni bu dərəcə də saf, sadə, heç nədən xəbəri olmayan bir uşağın hara getdiyi belə ona hələ çatmır”.

Dostəliyeva müğənnilik etmə istəyinin həyat yoldaşı tərəfindən də əngəlləndiyini bildirib:

"Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdı. Nə isə. Mən heç vaxt dünyasının dəyişmiş insanların artıq nöqsanlarını, səhvlərini danışmıram, amma o da mənə icazə vermədi. Elçi gəldikləri vaxt anama demişdilər ki, icazə verəcəyik. Mənim üçün çox gəzlənilməz oldu. Ali təhsilli, alicənab bir insan idi. Yəqin ki, o məni başa düşərdi.

O da istəmədi . O da istəməyəndə mən çox pis oldum, həyat mənim gözümdə bir anlıq söndü. Mən düşündüm ki, mənim taleyimə belə bir qara bəxt yazılıbmış. Mən onu yaşadım . Mən 8 il o həyatı yaşadım . Hətta, 9 ildən artıq. Qəfəsdə çırpınan, qolu qanadı sınan quş kimi çapalayırdım. Eyni zamanda mən 2 övladımı böyütdüm, onların dünyaya gəlməsi mənim üçün stimul oldu yaşam tərzimə”.

Məşhur müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını söyləyib:

"Onun bircə səhvinin ucbatından oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi amma mən bağışlamadım. Bilirsənmi necə, hər şey sübut olunduğu gün ki ,mən onu bağışlamayacam, onun ağlına belə gələməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm . Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamıram. Bu bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik”.

Xalq artisti həyat yoldaşı ilə yaşadığı son günün detallarını açıqlayıb:

"Biz 2 dost kimi əyləşdik. Mən, hətta, gözəl bir süfrə də açdım, gözəl bir sarı qızılgül qoydum masaya. O, başa düşmədi ki, nə var, nə yox. O, sadəcə olaraq öz peşmançılığını bildirdi, üzr istədi . Mən isə ona qulaq asmırdım. Bir fikrimi dedim ki, bu bizim son gecəmiz, son içdiyimiz bir stəkan çay, son romantik yaşadığımız həyat olacaq. Ancaq yenə o inanmadı. O, bir vaxt gözünü açdı ki, artıq biz tamamilə ayrı-ayrı adamlarıq”.

 

[video=|


 


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...