“Onun arvadı Bakıdan Moskvaya gedəndə Brejnevin bağ evində qalırdı…” – DTK sədri niyə intihar edib?

“Onun arvadı Bakıdan Moskvaya gedəndə Brejnevin bağ evində qalırdı…” – DTK sədri niyə intihar edib?
19 yanvar 1982-ci il... Ordu generalı Semyon Sviqunun intihar etdiyi gün. Bu hadisə SSRİ tarixində ən müəmmalı hadisələrdən biri sayılıb və generalın intiharının əsl səbəbini bilmək hələ də heç kimə müyəssər olmayıb.

Sfera.az növbəti yazısında uzun illər dövlət təhlükəsizliyi orqanlarda yüksək vəzifələrdə xidmət etmiş Semyon Sviqundan bəhs edəcək.



Semyon Sviqun 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olub, Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib, sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.

Sviqunla Leonid Brejnevin dostluğu Moldaviyadan başlayıb və dostluq münasibətləri ailə müstəvisinə də keçib. Zaman-zaman Brejnevin yaratdığı Ukrayna klanının əsas üzvlərindən birinə çevrilən Sviqun 1967-ci ilə qədər ittifaq miqyaslı vəzifəyə keçə bilməyib. Bunu əsas səbəbi isə vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi olmuş, sonralar DTK sədri vəzifəsini tutan Semiçastnı olub. Belə ki, Semiçastnı ilə Sviqun arasında soyuq münasibətlər hökm sürüb.


 
Semiçastnı Sviqunu vaxtilə Moldaviyanın ikinci katibinə sui-qəsddə şübhəli şəxs kimi ittiham edib. Amma bu fakt öz təsdiqini tapmayıb. Bu məsələdən Brejnev də xəbərdar olub. Baş katib Sviqunu Moskvaya gətirməkdə tələsməyib, məqam gözləyib. Nəhayət, bu məqam 1967-ci ildə yetişib. Semiçastnı DTK sədri vəzifəsindən Ukraynaya Nazirlər Sovetinin sədr müavini vəzifəsinə "sürgün” edildikdən sonra Sviqun SSRİ DTK sədrinin müavini, daha sonra isə birinci müavin vəzifəsinə təyin edilib. Bu təyinat Brejnev üçün də vacib sayılıb. Belə ki, DTK sədri Andropovun fəaliyyətini tam nəzarətdə saxlamaq üçün Sviqun bu vəzifəyə təyinat alıb.

Sviqun dövlət təhlükəsizliyi ilə bağlı məsələləri Andropovdan əvvəl Brejnevlə müzakirə edib. Bu müzakirələr əsasən baş katibin bağ evində keçirilib. Sviqun yeganə şəxslərdən biri olub ki, Brejenvin bağ evinə istədiyi vaxt getmək səlahiyyətinə malik olub. Hətta Sviqun Azərbaycanda işlədiyi zaman onun həyat yoldaşı Moskvaya gedəndə Bejnevin bağ evində qalıb.


 
Brejnevə Sviqunun yaxınlığı ilə bağlı fərqli fikirlər səsləndirilib. Bəziləri bu iki şəxsin bacanaq olduğunu da bildiriblər. Bu haqda Sviqunun həyat yoldaşı, yazıçı Roza Yermolovanın gündəliyində (bu gündəlik sonralar Sviqunun nəvəsi tərəfindən kitab kimi çap olunub) yazılıb:

"Viktoriya Brejneva ilə bacı olmaq mənim üçün şərəf olardı. Ona görə yox ki, o Leonid İliçin həyat yoldaşıdır. Viktoriya çox sadə, mehriban, qayğıkeş, ailəsini sevən bir xanımdır. Uzun illər aramızda çox yaxın münasibətlər olub. Sviqun Bakıda işləyərkən mən Moskvaya gələndə onlarda qalırdım. Bu ailədə insan özünü çox rahat və sərbəst hiss edir. Ancaq biz bacı deyilik. Yetər ki, doğulduğumuz yerlərə, soy kökümüzə nəzər salsınlar. Nəinki bacı, heç uzaq qohumluq əlaqələrimiz də yoxdur...”



Bu dostluğun kökünü Brejnevin Moldaviyada birinci katib olduğu vaxtlarda da axtaranlar az olmayıb. Bəzi versiyalara görə həmin ərəfədə Sviqunun həyat yoldaşı Brejnevin məşuqəsi olub. Sözsüz ki, bu versiyaları təsdiq, yaxud təkzib etmək mümkün deyil. Fakt isə odur ki, Brejnevlə Sviqunun arasında son dərəcə yaxın dostluq münasibətləri göz önündə olub.

Ölkənin birinci şəxsi ilə münasibətlərin yaxın olduğu bir ərəfədə Sviqunun intihar etməsi ortaya böyük suallar çıxarıb. 1982-ci ilin yanvarın 19-da Sviqunun bağ evində öz sürücüsünün tabel silahı ilə intihar etməsi fərqli versiyaların yaranmasına səbəb olub.

Birinci versiya briliyant oğurluğu ilə bağlı olub. Belə ki, sirk ustası İrina Buqrimovanın mənzilindən oğurlanan qızıl və briliyantlara görə "Qaraçı” adı ilə məşhur olan, Böyük Teatrın artisti Boris Buryats həbs olunub. Buryatsın bu işlə qrup şəkildə məşğul olması da aydınlaşıb. Bu qrupda Qalina Brejnevanın da adı hallanıb. Çünki Qalina ilə Buryatsın sevgi məcaraları da heç kim üçün sirr olmayıb. O cümlədən baş katib də bu münasibətlərdən xəbərdar olub və bu sevgi oyunları Brejnevin heç də xoşuna gəlməyib. Versiyaya görə, Qalina Brejnevanın istintaqa cəlb olunması mütləq sayılıb, Andropov Sviquna deyib ki, bu məsələnin necə həll olunmasını Suslovla müzakirə etmək lazımdır və bu işi öz üzərindən ataraq ona həvalə edib. Bu versiyanı söyləyənlər qeyd edirlər ki, Suslovla Sviqunun arasında olan söhbət o qədər kəskin şəkil alıb ki, hər iki tərəfin hətta psixoloji durumuna mənfi təsir göstərib. Və bu görüşdən sonra Sviqun öz bağında intihar edib . Bir neçə gündən sonra isə Suslov səhhətində qəfil yaranan problemlərdən vəfat edib.



İkinci versiya Sviqunun xəstəliyi ilə bağlı olub. Belə ki, o xərçəng xəstəliyindən əziyyət çəkib. Bu haqda akademik Çazov öz memuarlarında qeyd edib: "Sviqun xərçəng xəstəsi idi. Son zamanlar xəstəliyi şiddətlənmişdi. Belə hesab etmək olar ki, onun özünə sui-qəsd etməsi də elə bununla bağlı olub...”.

Üçüncü versiya - DTK generalı Kevorkovun xatirələrində yazdığına görə, böyük məbləğdə rüşvətlə bağlı olub. Belə ki, hansısa bir işlə bağlı DTK-nın araşdırması zamanı qanun pozuntusunu ört-basdır etmək üçün Sviqun böyük məbləğdə rüşvət alıb. Onu Mərkəzi Komitəyə çağırıblar, sorğu-suala tutublar, bu haqda Breynevin məlumatlı olub-olmadığı ilə maraqlanıblar və bir gün vaxt veriblər ki, məsələ ilə bağlı özü özünə qərar versin. Bu hadisədən sonra Sviqun intihar edib.

Bu və digər versiyaların hamısı təkzib olub, öz təsdiqini tapmayıb. Yəqin ki, intiharın əsl səbəbini son dərəcə qapalı olan Sviqunun özündən başqa heç kim bilməyib.

Mərkəzi qəzetlərdə rəsmi nekroloqda Sviqunun vəfatının səbəbi uzun sürən xəstəlik kimi qeyd edilib. Maraqlı məqamlardan biri isə odur ki, rəsmi nekroloqa uzun illərin dostu Leonid İliç imza atmayıb...



İlham Cəmiloğlu
Sfera.az
 
 
 
 
 
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Stalinin “güllələnəcəksən”, Beriyanın “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı? – Baybakovun həyat hekayəsi

Sovet-alman müharibəsi illərində Stalinlə onun arasında kiçik bir telefon söhbəti olub. Sovet lideri telefonda amiranə bir bir səslə Baybakova göstəriş verib:...

“Onun arvadı Bakıdan Moskvaya gedəndə Brejnevin bağ evində qalırdı…” – DTK sədri niyə intihar edib?

19 yanvar 1982-ci il... Ordu generalı Semyon Sviqunun intihar etdiyi gün. Bu hadisə SSRİ tarixində ən müəmmalı hadisələrdən biri sayılıb və generalın intiharı...

“Səliqəsiz idi, paltolarının düymələri isə...” – SSRİ-nin “birinci lediləri” haqda maraqlı faktlar

"Qadınlar öz cazibədarlığı ilə kişiləri kommunizm quruculuğundan yayındırmamalıdırlar” – bu sözlər 30 ilə yaxın bir müddətdə SSRİ-yə rəhbərlik etmiş İosif Sta...

Sovet liderləri hansı alkoqollu içkilərə üstünlük verib? – Lenindən Qorbaçova qədər...

Rusiyanın istehsal etdiyi alkoqollu içkilər, xüsusilə "vodka” adı ilə təqdim olunan araqlar dünyanın bir çox ölkələrində məşhurdur. Bu məşhurluğun iki səbəbi...

“Meyitdə kiçik çürümələr baş vermişdi...” – Lenini balzamlaşdıran alimi Stalin necə qorxutmuşdu?

Lev Trotski ilə İosif Stalinin arasında həmişə fikir ayrılığı olub. Sovet hökumətinin qurulmasında hər ikisi eyni cəbhədə yer alsalar da, sonralar qarşılıqlı ...

İcra başçısının tülkü xəzindən dəbdəbəli qış geyimləri - FOTOLAR

Son vaxtlar müxtəlif tədbirlərdə görünən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun geyindiyi brend markalı və bahalı qış geyimləri hər kəsin diqq...