\"Onu “Sportinq Lizbon”da görmək istəyirəm\" - Ronaldonun anası
12:49 / 24.09.2021
1273
"Mançester Yuanayted”in ulduz futbolçusu Kriştiano Ronaldonun anası idmançı haqqında maraqlı açıqlamalar verib.
Sfera.az bildirir ki, Dolares Averio Portuqaliyanın "Sportinq” klubunun Youtube kanalına verdiyi müsahibədə oğlu ilə bağlı istəklərindən söz açıb.
O, ölməmişdən qabaq Ronaldonu "Sportinq Lizbon”da görmək istədiyini deyib: "Ronaldo olmasa belə, nəvəm Kriştiano bəlkə "Sportinq”də oynaya bilər. Bunu çox istəyirəm”.
Nəvəsini Ronaldodan daha istedadlı hesab edən Dolares həmçinin onun atasına görə şanslı olduğunu da qeyd edib. O, oğlunun çətin uşaqlıq dönəmindən də danışıb:
"Maddi durumumuz pis olan zamanlar olub. Ronaldo dəfələrlə futboldan uzaqlaşma nöqtəsinə çatıb. Mənə həmişə "sənə ev və maşın alacam” deyirdi və etdi. Əgər futbolu buraxsaydı, böyük ehtimal divar ustası olacaqdı”.
Türkan
Sfera.az