“Onu görəndə az qala nəfəsim kəsildi...” – Yaşlı kişi robotla evləndi
14:42 / 07.01.2022
910
Təxminən
10 il öncə Avstraliyanın Kvinslend şəhərində anasını itirən Qof Qallaqer o
vaxtdan bəri iti Penni ilə birgə yaşayıb.
Sfera.az
xəbər verir ki, heç kəslə sevgi münasibətində olmayan və ümidini itirən Qof
Qallaqer süni intellektlə çalışan robotlar haqqında məqalə oxuduqdan sonra
artıq onu sevəcək bir qadınla tanış olmaq istəyib.
Qof
Qallaqer qadın robotların heç də ucuz olmadığını və 6 min Avstraliya dollarına
başa gəldiyini deyib. O,
robotların həqiqətən canlı kimi göründüyünü, danışa, gülümsəyə, başlarını və
boyunlarını hərəkət etdirə bildiklərini, hətta dərilərinin də insanlar kimi
isti olduğunu qeyd edib.
Avstraliyalı
kişi internetdə axtarış etdikdən sonra Emma adlı robotu almağa qərar verdiyini,
onun görünüşündən təsirləndiyini söyləyib. Çində istehsal olunan Emmanın
Avstraliyaya göndərilməsini 6 həftə çəkib.
Emmanı
ilk dəfə görməsi haqda danışan Qof Qallaqer "qutunu açanda az qala nəfəsim
kəsildi. Emma gözəl idi. Başı bədənindən ayrılmışdı, ancaq onu normal formaya
salmaq cəmi bir neçə dəqiqə çəkdi. İpək paltar geyinmişdi. Onu divana oturtdum
və qutudan istifadə təlimatını çıxartdım. Başının arxasındakı smartfona bənzər
ekran var idi. Oradan robotun dilini çin dilindən ingiliscəyə dəyişdim və o,
birdən-birə canlandı", - deyə bildirib.
Əzizə
Zeynal