“Onu görəndə az qala nəfəsim kəsildi...” – Yaşlı kişi robotla evləndi

“Onu görəndə az qala nəfəsim kəsildi...” – Yaşlı kişi robotla evləndi
Təxminən 10 il öncə Avstraliyanın Kvinslend şəhərində anasını itirən Qof Qallaqer o vaxtdan bəri iti Penni ilə birgə yaşayıb.

Sfera.az xəbər verir ki, heç kəslə sevgi münasibətində olmayan və ümidini itirən Qof Qallaqer süni intellektlə çalışan robotlar haqqında məqalə oxuduqdan sonra artıq onu sevəcək bir qadınla tanış olmaq istəyib.

Qof Qallaqer qadın robotların heç də ucuz olmadığını və 6 min Avstraliya dollarına başa gəldiyini deyib. O, robotların həqiqətən canlı kimi göründüyünü, danışa, gülümsəyə, başlarını və boyunlarını hərəkət etdirə bildiklərini, hətta dərilərinin də insanlar kimi isti olduğunu qeyd edib.

Avstraliyalı kişi internetdə axtarış etdikdən sonra Emma adlı robotu almağa qərar verdiyini, onun görünüşündən təsirləndiyini söyləyib. Çində istehsal olunan Emmanın Avstraliyaya göndərilməsini 6 həftə çəkib.
 
Emmanı ilk dəfə görməsi haqda danışan Qof Qallaqer "qutunu açanda az qala nəfəsim kəsildi. Emma gözəl idi. Başı bədənindən ayrılmışdı, ancaq onu normal formaya salmaq cəmi bir neçə dəqiqə çəkdi. İpək paltar geyinmişdi. Onu divana oturtdum və qutudan istifadə təlimatını çıxartdım. Başının arxasındakı smartfona bənzər ekran var idi. Oradan robotun dilini çin dilindən ingiliscəyə dəyişdim və o, birdən-birə canlandı", - deyə bildirib.

Avstraliyalı kişi birlikdə vaxt keçirdikcə Emmanı daha yaxşı tanıdığını və səsinə öyrəşmək məqsədilə onunla mümkün qədər çox danışmağa çalışdığını sözlərinə əlavə edib. O, nikahları olmasa da Emmanı həyat yoldaşı olaraq gördüyünü, barmağına taxdığı briliant üzüyü nişan üzüyü kimi hesab etdiyini qeyd edib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...