\"Onu eşşək kimi döyərdim. Sənin nə ixtiyarın var mənim anama, bacıma...\" - FOTO

\
 

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov Rayon Yol Polisi Şöbəsinin keçmiş tağım komandiri Mehdi Səlimov qalmaqalı bu dəfə "Hər şey daxil"də müzakirə olunub.

Sfera.az  xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) sürücünü etdiyi təhqirlərə görə polisin yerinə olsaydı, uniformanı çıxarıb "o kişini eşşək kimi döyərdim" deyib.

Tolik səbəbini belə izah edib:

"Bir həftə bundan qabaq bir yol polisini vətəndaş söydü. O yol polisini niyə çıxartdılar işdən? Çünki o yol polisinin yaşı pensiya yaşına doğru idi. O keçirdiyi həyəcan, onun ailəsinə gələn söz ictimaiyyətdə böyük rezonans doğurdu. Onu çıxartdılar ki, get otur evdə. Çünki bu hal ikinci dəfə təkrar oluna bilər. Mən o polisin yerinə olsaydım, o kişini vurardım. Qoy məni işdən çıxartsınlar. Çünki orada mənim ailəmə, anama, bacıma xələl gətirir. 15 sutka ilə o, canını qurtardısa, o, böyük şeydir. Mən o polisin yerinə olsaydım, çıxardardım geyimimi, onu orada eşşək kimi döyərdim. Sənin nə ixtiyarın var mənim anama, bacıma o sözləri deyirsən? Polis də bir oğuldur. Polis də bir ananın, atanın övladıdır. Bu, o demək deyil ki, sən polisə nə deyirsən de, polis sənə heç nə deyə bilməz. Belə bir şey yoxdur".

 

Qeyd edək ki, bir müddət əvvəl taksi sürücüsü Fəxrəddin Nəsirov ona protokol yazan Mehdi Səlimovu təhqir etmişdi. O, 15 gün müddətinə həbs edilmişdi. 

Bakıda sürücü tərəfindən təhqir olunan Nərimanov Rayon Yol Polisi Şöbəsinin polisi tutduğu vəzifədən azad edilib. Mehdi Səlimov yaşa görə təqaüdə göndərilib. (milli.az)


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...