“Onu dilə tutan mən deyildim\" – Yeltsin necə istefa verib?

“Onu dilə tutan mən deyildim\
Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin istefasının təfərrüatları məlum olub. 
 
Sfera.az-ın məlumatına görə, Siyasi strateq Qleb Pavlovski Rusiyanın ilk prezidenti Boris Yeltsinin 1999-cu ildə istefaya çıxmasının təfərrüatlarını açıqlayıb.
 
"Bu fikir mənim seçki ssenarimdəndir. Bu ssenari ilə bağlı 1999-cu ilin yayında o zaman baş nazir olan Vladimir Putinin iştirakı ilə qərargah heyətinin dar çərçivədə keçirilən iclasında məruzə etmişdim. Plan qəbul olunub realizə edildi”,- deyə Pavlovski bildirib.
 
Pavlovski qeyd edib ki, "Əlbəttə, Boris Nikolayeviç, getməyə tələsmirdi", amma "1999-cu ildə keçirilən Duma seçkilərinin nəticələrini gördükdən sonra sakitləşdi və planın son hissəsi ilə razılaşdı."

"Amma təbii ki, onu dilə tutan mən deyildim"- deyə, siyasi strateq vurğulayıb.

Xatırladaq ki, Boris Yeltsinin prezidentlikdən istefa verməsi 31 dekabr 1999-cu ilin 31 dekabrında il Moskva vaxtı ilə günorta saat 12.00-da elan edildi. O dövrdə baş nazir olan Vladimir Putin, dövlət başçısı vəzifəsinin icraçısı təyin edildi.
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...