"Onu Azərbaycana təhvil versəniz, Rusiya səfirliyini partladacağıq..." - Avagyandan təhdid

Ümumerməni Sasna Tsrer Partiyasının radikal qanadının nümayəndəsi Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

"Telegram”dakı erməni kanalları xəbər verir ki, V.Avagyana görə, "Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.

Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala "milli qəhrəman” adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti "strateji müttəfiq”ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.

Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ildə Yerevanda girov götürərək xeyli səs-küy salmışdılar. Həmin terrorçular məhkəmə tərəfindən girov götürmək, girovları öldürmək, qanunsuz silah gəzdirmək və oğurlamaq maddələri ilə təqsirli biliniblər.
 
report.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Brüssel görüşü baş tutmaya bilər - Politoloq səbəbləri açıqladı

Ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda keçirilməsi planlaşdırılan görüşün baş tutmaması Brüssel görüşü ilə ba...

Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ

Aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə t...

"Mirzoyanla görüşdən imtina etmək doğru qərardır, onları qapımızda süründürməliyik" - Politoloq

"Ararat Mirzoyanla Avropada planlaşdırılan görüşdən imtina etmək doğru qərar idi”   Bunu Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov Azərbaycan və E...

Bayramov Mirzoyanla görüşdən buna görə imtina edib - RƏSMI

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb. Bunu Sfera.az-a açıqlamasınd...

“Günəşli” faciəsindən altı il ötür

Bu gün "Günəşli” yatağında baş verən faciədən altı il ötür. Sfera.az xəbər verir ki, yanğın 2015-ci ilin 4 dekabrında baş verib.  Faciə neft ya...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Ope...