“Onsuz da bizi saymırsınız...” – Milli Məclisdə 50 manatlıq çay söhbəti
11:32 / 12.10.2021
2139
Milli
Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Tahir Kərimli hökumətin
iştirakı ilə büdcə müzakirələrinin olacağını xatırladıb və hökumət üzvlərini tənqid
edib.
Sfera.az
xəbər verir ki, T.Kərimli hökumət üzvlərinin qaldırılan problemlərə biganəliyindən
gileylənib:
"Hərdən
hökumət üzvləri başını qaldırıb sağa baxacaq, sanki Tahir Kərimlini növbəti dəfə
"QAİ” saxlayıb. Səhiyyədən danışacağıq, səhiyyə naziri cavab verməyəcək, təhsildən
danışacağıq, təhsil naziri cavab verməyəcək. Balam, prezident səni vəzifəyə
qoyub, üzərinə düşənləri et, islahatlar keçir! Sənə deməyib ki, get, 190 min
ailənin pensiyasını kəs! Nə vaxta kimi prezidentin arxasında gizlənəcəksiniz, nə
vaxta kimi xalqdan qaçacaqsınız?”
T.Kərimli
hökumət üzvlərini qaldırılan məsələlərin əksi istiqamətində fəaliyyət göstərməkdə
ittiham edib:
Əzizə
Zeynal