Online alış-verişin problemləri: Nöqsanlar və problemlər
Ölkəmizdə Online satış platformaları sıfır səviyyəsindədir. Koronovirus online satış kanallarında heç bir artım verməyib çünki ölkəmizdə Online satış platformalarında logistika və mağaza məhsul seçimi o cümlədən Ərazi üzrə çox az bir yerləri əhatə edən Online satış sistemləri qurulmuşdur.
Məsələn Siz əgər sifariş versəniz online satış platformalarının bunu həmin ərazidə sizə çatdırmaq şəbəkəsi işçi heyəti yoxdur.Online satış kanalları sadəcə Bakıda şəhər daxilində fəaliyyət göstərə bilir.Virusla bağlı insanlar evlərindən kənara çıxmaq istəməsədə marketlərdən evlərinə sifariş verərək ərzaq almaqda çətinlik çəkir.Müştərilər inanırkı ərzaq seçimi olmadığı üçün marketlərdə onlara keyfiyyətsiz məhsulla təchiz edəcək və bundan əlavə online satışlarda 50 manatın üzərində bir satış olarsa xidmət pulsuz ,20 manatın üzərində olarsa ödənişli , bu rəqəmin altında olarsa isəxidmətin yerinə-yetirməkdən imtina edirlər.
Korona dövründə nəinki ölkəmizdə satışlarda artım olub, tam tərsinə insanlar xərcləmələri daha da azaladıblar. Bütün bunların fonundaqida şirkətləri çatdırılma xidmətlərində çoz azda olsa artım müşayət olunur.Online satış sistemi dediyimiz satış strategiyası özündə böyük əraziniəhatə edən logistika və böyük bir işçiəhatələnməsi və şirkətlərlə razılıqlı satış sistemini təşkil edir və buda özlüyündə maliyyə tələb edir.
Hətta ölkəmizdə Banklar belə online satış kanallarının düzgün qurulmaması səbəbindən Müştərilər banka gəlmədən kredit vəya depozit xidmətlərini həyata keçirə bilmir.Qonşumuz qardaş Türkiyədə Banklarda salla kredit növü illər öncə yaranıb ki,müştərilər smartfon telefonlarında tək bir toxunuşla böyük kreditlər əldə edir.
Satış sektorunda isə Trendyol dünyaca məşhur yeməksepeti çox böyük həcmli satırlar həyata keçirir.Düşünürəm ki,Ölkəmizdə investorlar bu seqmentdə olan startup layihələrə maliyyə investisiya edərək qarşıdakı illərdə bu sahənin inkişafına dəstək olacaqdır.
İqtisadçı ekspert Alxan Xələfov