Onlarla azərbaycanlı tələbə Türkiyədə çıxılmaz vəziyyətə düşüb – Bakıdan dəstək gözləyirlər

Onlarla azərbaycanlı tələbə Türkiyədə çıxılmaz vəziyyətə düşüb – Bakıdan dəstək gözləyirlər
 Türkiyənin Bandırma şəhərində təhsil alan 36 azərbaycanlı tələbənin köməksiz vəziyyətdə qaldıqları haqda məlumat yayılıb.

Sfera.az xəbər verir ki, Türkiyədə təhsil alan, lakin koronavirus pandemiyası dalğasında Azərbaycana qayıda bilməyən tələbələrimiz ümidsizlik içində dövlətdən dəstək gözləyirlər.

Qeyd olunur ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) səlahiyyətli nümayəndələri Bandırmadakı tələbələrimizə müəyyən yardım göstərsələr də, bu, onların problemlərini tam aradan qaldırmayıb.

Hətta vəziyyət o həddə çatıb ki, bəzi tələbələrimizin qaldığı evin kirayə pulunu onların yaxın dostlarının qohumları ödəyiblər və bundan sonra ev sahibi həmvətənlərimizin aprelin sonunda evi təhvil vermələrini tələb edib.

Türkiyədə küçəyə çıxmaq qadağasının tətbiq edilməsi azərbaycanlı tələbələrin vəziyyətini daha da ağırlaşdırıb. Tələbələrimiz qidalanma ilə bağlı da ciddi korluq çəkirlər.

Bu məlumatın yayımlandığı sosial şəbəkələrdə yaranmış vəziyyətə reaksiya verən istifadəçilər tək Bandırmada deyil, Türkiyənin başqa şəhərlərində də təhsil alan çox sayda azərbaycanlı tələbənin çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər.

Ümid edirik ki, bu məlumatın ictimailəşməsindən sonra Azərbaycan hökuməti təcili hərəkətə keçərək, Türkiyədə ağır vəziyyətə düşən tələbələrimizə yardım əlini uzadacaq. (yenicag.az)

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...