“Onların günahından...” - Cavid Qurbanov keçmiş məmurları ittiham etdi

“Onların günahından...” - Cavid Qurbanov keçmiş məmurları ittiham etdi
 

"Bakıda və onun ətrafında tramvay xətlərinin çəkilməsi istiqamətində çalışırıq”.

Sfera.az  xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında danışan C. Qurbanov tramvay xəttlərinin Bakı və Abşeronun hansı ərazilərini əhatə edəcəyini açıqlayıb:

"Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəyi, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən tikililərdən, yaşayış evlərindən söhbət açan sədr həmin evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı da danışıb. C. Qurbanov məsələnin hazırda gündəmdə olduğunu deyib:

"Şanxay” deyilən yer ki var, uzun illərdir orada vəziyyət qəlizdir. Mümkün olan qədər dəmiryollarının ətrafındakı evləri söküb insanları daha yaxşı yerə göndərdik. Ancaq belə bir şey var ki, getdikcə insanların iştahası artır. Bilirəm orada bir narahat yer var. Hansısa məmurun günahından dəmiryollarının ərazisində qeyri-qanuni yerləşən sakinlər var. Ancaq biz onların qeyri-qanuni olduğuna baxmırıq və məsələnin onların xeyrinə həll olunmasına çalışırıq”.

Qeyd edək ki, tramvay xətləri sökülən vaxt Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbov idi. Dəmir yolu xətlərinin yaxınlığındakı ərazilərin satılmasına göz yummaqda isə o vaxtın nəqliyyat naziri Ziya Məmmədov ittiham edilirdi.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...