\"Onları bu arzularından məhrum etmək və Şeyximizi bu işə qatmaq günah olardı...\"

\
 
Qüdrət Həsənquliyev: "Azərbaycanda əhalinin ərzaq və gündəlik tələbat malları ilə təchizatı o dərəcədə acınacaqlı deyil ki, biz ağsaqqal və ağbirçəklərimizi seçim qarşısında qoyaq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev professor Əjdər İsmayılov və deputat Sadiq Qurbanovun Həcc ziyarətinə gedənlərlə bağlı Şeyxülislama və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanova etdikləri müraciətə münasibətini açıqlayıb.

BAXCP sədri partiyanın mətbuat xidmətinin sorğusuna cavabında, müraciət edən hər iki şəxsə hörməti ifadə edib və eyni zamanda Həcc ziyarətinə gedənlərlə bağlı bir sıra mühüm mənəvi əhəmiyyət daşıyan məqamların nəzərə alınmasının vacibliyini vurğulayıb: 

"Bizim yaşa dolmuş elə inanclı vətəndaşlarımız var ki, onlar bir müsəlman olaraq mənəvi ehtiyaclarını təmin etmək üçün həyatları boyu vəsait toplayıblar və ən böyük arzuları nə vaxtsa Həccə gedib Kəbəni, peyğəmbərimizin qəbrini ziyarət etmək olub. Həyatlarının qürub çağını yaşayan bizim ahılların bu ehtiyacının nə qədər böyük olduğunu anlamaq üçün görünür dindar olmağa ehtiyac var. Onları bu arzularından məhrum etmək və hörmətli Şeyximizi bu işə qatmaq günah olardı. Azərbaycanda əhalinin ərzaq və gündəlik tələbat malları ilə təchizatı o dərəcədə acınacaqlı deyil ki, biz ağsaqqal və ağbirçəklərimizi seçim qarşısında qoyaq. Onsuz da xeyriyyəçiliklə bağlı ümumi müraciətlər edilir. Gələcəkdə bu ziyarəti gerçəkləşdirmək üçün səhhəti və imkanı yol verənlər bizsiz də bunu nəzərə alacaqlar. Bu baxımdan ziyarətə hazırlaşanlara xüsusi müraciət etməyə ehtiyac yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...