"Onlar uğur oğrularıdır" - Nura Suri izləyicilərini ehtiyatlı olmağa səslədi
Maqazin
17:18 / 07.06.2021
1903
"Məşhur insanların enerjisi güclü olduğundan ətraflarında hər zaman çox insan olur. Bir çoxu əvvəlcə onlara həsəd aparırlar. Sonra onların yanında olmaq istəyirlər, dostluq edirlər və daha sonra onların yerində, hətta onlardan üstün olmaq üçün əllərindən gələni edirlər”.
Sfera.az bildirir ki, bunu müğənni Nura Suri deyib. İfaçının sözlərinə görə, qeyd edilən insanlar ətrafında kifayət qədər olub:
"Bütün bunlar heç də qorxulu deyil. Kimlərəsə stimul vermək, onların həyatda nəyəsə nail olmasına kömək etmək yaxşıdır. Amma elələri də var ki, uğur oğrularıdır - enerji vampirləri. Onlar həsəd apardıqları, paxıllıq etdikləri insanların uğurunu öz nəfsləri ilə məhv edə bilirlər”.
N.Suri izləyicilərinə hər adamın üzünə gülməklə, sevinclərini bölüşməklə bağlı ehtiyatlı olmağı məsləhət bilib.
Türkan
Sfera.az