Onlar Şuşanı belə görmək istəyir – Millət vəkillərinin təklifləri

Onlar Şuşanı belə görmək istəyir – Millət vəkillərinin təklifləri
"Şuşa qısa zamanda iqtisadi baxımdan kifayət qədər inkişaf etmiş şəhərə çevriləcək”.

Bunu Sfera.az-a açıqlamasında bərpa işlərinin tamamlanmasından sonra Şuşa şəhəində hansı iqtisadi, mədəni və sosial layihələrin həyata keçirilməsinin daha vacib olduğunu vurğulayarkən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Şuşa bölgənin mühüm turizm mərkəzinə çevrilməlidir:


"Şuşa turizm potensialına görə Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın fərqlənən şəhərlərindəndir. Şuşa Cənubi Qafqazda turizm üzrə fərqli xidmətlər göstə biləcək azsaylı şəhərlərdəndir. Burada yay, qış turizm imkanları genişdir. Habelə bu şəhər tarixi, dini, mədəni, sağlamlıq turizmi imkanlarına da malikdir. Burada fasiləsiz turizmin inkişaf etdirilməsi imkanları genişdir. Ona görə də Şuşa üçün turizm baxımından yeni innovativ məhsulların təklifi daha məqəsədə uyğundur”.

Deputat qeyd edib ki, şəhərin sənaye imkanları da genişdir: "Əvvəlki dövrdə Şuşada sənaye müəssisələri olub. Bu mənada şəhər yüngül sənayenin inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir. Yaxın dövrdə bura xarici investisiyanın daha çox cəlb edilməsi gözlənilir. Belədə güman olunur ki, Şuşa qısa zamanda iqtisadi baxımdan kifayət qədər inkişaf etmiş şəhərə çevriləcək”.

"Şuşada 100 minlik əhalisi olan şəhər salmaq olar”

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilk növbədə qədim Şuşanın ruhunun özünə qaytarılmasını istəyir:


"Tökülən qanların nəticəsində qurulacaq Şuşa şübhəsiz ki, o qanlara layiq və son dərəcədə gözəl olmalıdır.  Allahın verdiyi təbiət bunu həyata keçirməyə imkan yaradır. İlk növbədə köhnə, qədim Şuşa bərpa olunmalıdır. Oradan çıxmış dahilərimizin evləri, onların xatirəsilə bağlı yerlər bərpa edilməlidir. Vaqifin movzeleyi bərpa olunmalıdır. Habelə Üzeyir Hacıbəyov, Əhməd Ağaoğlu, Natavanın adı ilə bağlı nə varsa, bərpa edilməlidir. Yəni, köhnə Şuşanın ruhu qayıtmalıdır”.

Deputatın fikrincə, Şuşa böyük şəhərə çevrilməlidir:

"Şəhər Sovet dövründə tikilmiş və Şuşaya yaraşmayan binalardan təmizlənməlidir. Buradakı sanatoriyalar, qala divarları bərpa olunmalıdır. Əhali sayı artdıqca burada konservatoriya, ali məktəb də tikilməlidir.  Tarixin bir dövründə bu balaca yerdə 50 minə yaxın əhali yaşayıb.

Ona görə indi burada 100 minə yaxın əhali olan şəhər salmaq olar. Şəhəri muzey, sənət məbədi, Şuşa xanlığının paytaxtı kimi saxlamaqla yanaşı, eyni zamanda böyük Şuşanı da yaratmaq mümkündür. Yetər ki, Daşaltı və Topxana meşəsindən qarşı tərəfə asma körpü salınsın. Bu xəyalımda cızdığım layihədir”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...