\"Onda hər səhvimizdə biz də şillələnək\" - Aparıcıdan şagirdlərin döyülməyini dəstəkləyənlərə REAKSİYA

\
"Məktəb direktorunun uşağı vurmağına bəraət qazadıranların fəlakətli dərəcədə çox olmasını nəzərə alaraq, təklif edirəm: Yol hərəkəti qaydalarını pozarkən yol polisi bizə cərimə yazmaq əvəzinə, qəşəng bir şillə vursun”.
 
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Hüsniyə Məhərrəmova son günlər müzakirə obyektinə çevrilən məsələyə münasibət bildirirkən deyib. O, digər təkliflərini bu cür sıralayıb:

"Növbədə dura bilmirik, mədəniyyətsizik, valideynlərimiz bizi öyrətməyib ki, adam gözləyər, növbəsiz özünü soxmaz. Ona görə təklif edirəm ki,  kassir də hər dəfə gəlib bizə bir şillə vursun. Avaralıqla məşğul olanda, polis İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsindəki xəbərdarlıq və on günədək müddətə inzibati həbsin yerinə, gəlsin bir dənə yağlı şillə vursun getsin. İşi vaxtında təhvil verməyəndə, "deadlin"ı keçəndə müdir bizə şillə vursun. Restoranda ofisianta az çay pulu qoyanda, o da gəlsin bizə şillə vursun. Maaşımızı kəsəndə, müdir bizi işdən çıxaranda, daha keçib, gedək biz də bir dənə şillə vuraq...”.
 
Aparıcı şagirdləri döyməyin tərəfdarı onları kəskin tənqid edib:

""Bizi də müəllim döyüb də, söyüb də, zərimiz tökülməyib ki...", "Ağbirçək şilləsidir də, nə şişirdirsiz", "Guya bizi döyməyiblər, nolsun ki, tərbiyə edir", "Bəzi uşaqlar tərbiyəsizdir, onları elə vurmaq lazımdır ki,  ağılları başına gəlsin" və s. bu kimi şərh yazan homonoidlər, -  xəstə, yaltaq və qorxaq cəmiyyətin kökləri elə sizsizmiş ki”.


Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...