Ona dəfələrlə xəyanət etmiş arvadını bağışladı - “Kişi fahişəni mələyə çevirəndir” - VİDEO

Ona dəfələrlə xəyanət etmiş arvadını bağışladı - “Kişi fahişəni mələyə çevirəndir” - VİDEO
 Space TV-də yayımlanan "Gəl dərdini danış” sosial-kriminal layihədə ötən gün maraqlı anlar yaşanıb.

Sfera.az  xəbər verir ki, Amil Xəlilə müraciət edən şəxs arvadının ona 4 dəfə xəyanət etməsinə baxmayaraq, onu yenidən bağışlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, arvadı 1 yaş 3 aylıq körpəsini evdə ataraq 1 ilə yaxındır həmkəndlisi Şahin adlı şəxslə qoşulub qaçıb. Ərin iddiaları hər kəsi dəhşətə gətirib. Pərvinin sözlərinə görə, Rəqsanə onu 4 dəfə aldatsa da, onu bağışlayıb, hətta günü bu gün də evə qayıdarsa, onu bağışlamağa hazırdır: "Kişi o deyil ki, mələyi fahişəyə çevirsin, əsl kişi fahişəni mələyə çevirəndir”- deyə Pərvin bildirib. Amil Xəlil açıqlama verərək məsələ ilə bağlı Şəkiyə yollanacağını və bu həftə içində Rəqsanədən müsahibə alacağını bildirib. Amma qısa olaraq telefonla müsahibə verən Rəqsanə ərinin yalan danışdığını və uşağına isə qorxudan yaxın gələ bilmədiyini bildirib.

Qeyd edək ki, "Gəl dərdini danış” artıq yeni vaxtda həftə içi saat 12:50-də Space TV-də Amil Xəlilin təqdimatında yayımlanır.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...