On minlərlə insan nümayişə başladı: Trampın impiçmenti tələb edildi

On minlərlə insan nümayişə başladı: Trampın impiçmenti tələb edildi
Amerikanın bir sıra şəhərlərində ABŞ prezidenti Donald Trampın impiçmentini dəstəkləyən aksiyalar keçirilib. 

Sfera.az qaynarinfo -ya istinaddən xəbər verir ki, şəhərlərdə keçirilən aksiyaları CNN canlı yayımla yayıb.
İmpiçmenti xüsusilə, Los Anceles, Las Veqas, Filadelfiya, Nyu York və Boston sakinləri dəstəkləyib. Mitinq iştirakçıları Trampın hakimiyyətdən uzaqlaşdırılmasına çağıran plakatlar qaldırıb. Ölkə daxilində on minlərlə insan nümayişlərdə iştirak edib.

Qeyd edək ki, çərşənbə günü Nümayəndələr Palatasında impiçment prosesi çərçivəsində Trampa qarşı iki maddə üzrə səsvermə keçiriləcək. Demokratlar Ağ Ev rəhbərini hakimiyyətdən sui-istifadə etməkdə və ABŞ Konqresinin araşdırmasına mane olmaqda ittiham edirlər.

17 dekabrda tamamlanmış sorğuya əsasən, Donald Trampın seçicilər arasında reytinqi xeyli artıb. Respondentlərin 43%-i Amerika liderini dəstəkləyir.


OXŞAR XƏBƏRLƏR

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq

"Amerika Senatının "erməni soyqırımı" qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası "erməni soy...

ABŞ senatı qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etdi

ABŞ senatında keçirilən səsvermə nəticəsində 1915-ci il hadisələrini soyqırım  kimi tanıyan qətnamə qəbul edilib. Sfera.az xəbər verir ki, senator Ro...

Putinin Türkiyəyə səfərinin vaxtı açıqlandı

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvarın 8-də gözlənilən görüşünü təsdiqləyib. Bu barədə "RİA Novosti” ...

İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının olimpiadada iştirakına icazə verilməyib

  İranın Azərbaycandakı səfirliyi "Dağlıq Qarabağ"dan olan komandanın Tehranda erməni idman olimpiadasında iştirakı ilə bağlı yayılan xəbərlərə münasib...

Həsən Ruhani Ermənistana səfər edəcək

  İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. Sfera.az-ın "aysor.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol P...

Lavrov: Suriyada müharibə başa çatıb

  Suriyada müharibə başa çatıb. Sadəcə, bəzi gərginlik ocaqları qalıb. Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib.  Rusiyalı diplomatın sö...