\"Omoniya\" ilə oyunöncəsi \"Qarabağ\"da İTKİ

\
UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb.

Bu barədə  Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, sentyabrın 28-də saat 18:00-da çarter reysi ilə Kiprə yollacaqlarını söyləyib: "Növbəti gün yerli vaxt 19:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. 19:30-da isə komandanın açıq məşqçi nəzərdə tutulub".

Abbaszadənin sözlərinə görə, zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin Nikosiyadakı görüşdə iştirakı gözlənilmir.

"Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 
(report)


OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...