“Omikron” ştammı uşaqlar üçün təhlükəlidir? - İnfeksionistdən AÇIQLAMA

“Omikron” ştammı uşaqlar üçün təhlükəlidir? - İnfeksionistdən AÇIQLAMA
Azərbaycanda koronavirusun "Omikron” ştammı aşkarlanıb. Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K "Omikron” variantı aşkarlanıb.

Bu virus dünyanın bir çox ölkəsində yayılıb. Yeni ştamm virusun başqa növlərinə nisbətən tez yayılır. Öldürücülük təsiri isə zəifdir. Bəs, uşaqları bu virusdan necə qoruyaq?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, ciddi narahatlığa ehtiyac yoxdur.

O bildirib ki, bu virusun öldürücülük təsiri "delta” ştammıyla müqayisədə zəifdir. Biz bunu ştammın yayıldığı ölkələrin statistikasından da görə bilərik.

"Uşaqlar bu xəstəliyi virusun digər ştamlarında olduğu kimi keçirdirlər. Əgər uşaq virusun "Omikron” ştammına yoluxarsa, müalicə əvvəlki ştamların müalicəsində istifadə olunan üsullarla aparılmalıdır. Xüsusilə, uşaqların sosial məsafə saxlaması, tibbi maska taxması, kütləvi yerlərə getməməsi məsləhətdir”, - deyə V.Cavadzadə deyib.

Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...