"Omikron" ştamının əsas əlaməti AÇIQLANDI

"Ağır yorğunluq Omikron ştamının əsas əlamətlərindən biridir”.

Sfera.az xəbər verir ki, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Zuxra Pavlova "Sputnik” radiosuna açıqlamasında bildirib.

Bununla belə, həkim bu simptomun müxtəlif xəstəliklər üçün xarakterik olduğu deyib: "Tibbi təhsili olmayan insan üçün yorğunluğun həddindən artıq işləmə və ya xəstəliklə əlaqəli olduğunu anlamaq çətindir. Yalnız həkim müayinəsindən sonra bunun fiziki yorğunluq, yaxud hansısa bir xəstəliyin əlaməti olduğunu demək mümkündür”.

Mütəxəssis əlavə edib ki, koronavirus infeksiyası orqanizmdə bir çox orqanların işində ciddi pozuntulara səbəb olur: "Yoluxmuş şəxslərdə yaranan yorğunluq hissi immun sistemində, beynin fəaliyyətində və ya sinir sisteminin toxumasında ciddi dəyişikliklərlə müşayiət olunur. Qanın xassələri kəskin şəkildə dəyişir, bu da bir çox orqanlara qan tədarükünü pozur, ona görə də özümüzü fiziki cəhətdən zəif hiss edirik. Bütün bunlar birlikdə zəifləmiş əzələ tonunda, sıxılmış emosional fonda özünü göstərir”.

Endokrinoloq hər kəsi şiddətli yorğunluq hiss etdikdə mütləq COVID-19 testindən keçməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...