“Omikron” ştamından qorunmağın yolu üçüncü doza vaksinasiyadır - Ekspert

“Omikron” ştamından qorunmağın yolu üçüncü doza vaksinasiyadır - Ekspert
"Omikron ştamının Azərbaycanda olması ilə bağlı məlumat dünən yayılsa da, bu o demək deyil ki, sözügedən virus bundan əvvəl Azərbaycanda olmayıb”.
 
Bunu Sfera.az-a açıqlamasında infeksionist Nicat Əzimli bildirib. Mütəxəssisin sözlərinə görə, koronavirusun mutasiyalarına yoluxduqda yüksək tempraturun olması həmişə xəstəliyin ağır gedişatından xəbər vermir:
 
"İnfluenza virusu olan qrip də son vaxtlar öz dinamikasını göstərərək insanlar arasında geniş yayılıb. Omikron, koronavirusun digər növləri və digər respiratorlar hazırda havaların soyuq keçməsi ilə əlaqədar qarışıq şəkildə dövr edir. Xəstəliyin ağır keçməsini isə həkim qiymətləndirə bilər. Belə ki, yüksək tempraturla xəstəliyi keçirib sağalan şəxsin bu müddəti ağır keçirdiyini demək olmaz. Ağırlıq dərəcəsinin kriteriyaları müxtəlif xəstəliklər üzrə dəyərələndirilir. Dəyərləndirmədən sonra vəziyyətin orta, yaxud ağır olduğu bilinir. Xüsusilə Omikron variantı ondan əvvəlki mutasiyalara baxdıqda ağciyər toxumasına daha az tropluq göstərir, yuxarı tənəffüs orqanlarında isə 70 dəfə daha sürətlə çoxalır. Bu da onu göstərir ki,  bu mutasiyaya yoluxan şəxslər yüksək dərəcədə qızdırma ilə qarşılaşa bilərlər. Lakin əksər hallarda Delta variantında olduğu kimi ağciyər zədələnməsi, tənəffüs çatışmazlığı inkişaf etmir. Bu kimi ağırlaşmalar Omikron variantıda daha azdır”. 
 
İnfeksionist Omikron ştamının digər növlərdən fərqli olaraq səhiyyə sektorunu iflic vəziyyətə sala biləcəyini də qeyd edib:

"İmmuniteti zəif, yanaşı xəstəliyi olan şəxslərdə Omikron variantının da gedişatı ağır ola bilər. Bu mutasiyanın əsas təhlükəsi yoluxduruculuğunun yüksək olmasıdır. Bu isə özlüyündə bütün səhiyyə sektorunu və digər sektorları iflic vəziyyətə  sala bilər. Ona görə də Omikron variantına qeyri-ciddi yanaşmaq olmaz və əks tədbirlər görülərək, vaksinasiyada iştirak etmək lazımdır. Bu mutasiya üçün mütləq şəkildə  "Pfizer” kimi buster doza qəbul edilməlidir”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...