“Omikron” ştamından qorunmağın yolu üçüncü doza vaksinasiyadır - Ekspert
11:53 / 11.01.2022
1076
"Omikron
ştamının Azərbaycanda olması ilə bağlı məlumat dünən yayılsa da, bu o demək
deyil ki, sözügedən virus bundan əvvəl Azərbaycanda olmayıb”.
Bunu
Sfera.az-a açıqlamasında infeksionist Nicat Əzimli bildirib. Mütəxəssisin sözlərinə
görə, koronavirusun mutasiyalarına yoluxduqda yüksək tempraturun olması həmişə
xəstəliyin ağır gedişatından xəbər vermir:
"İnfluenza
virusu olan qrip də son vaxtlar öz dinamikasını göstərərək insanlar arasında
geniş yayılıb. Omikron, koronavirusun digər növləri və digər respiratorlar
hazırda havaların soyuq keçməsi ilə əlaqədar qarışıq şəkildə dövr edir. Xəstəliyin
ağır keçməsini isə həkim qiymətləndirə bilər. Belə ki, yüksək tempraturla xəstəliyi
keçirib sağalan şəxsin bu müddəti ağır keçirdiyini demək olmaz. Ağırlıq dərəcəsinin
kriteriyaları müxtəlif xəstəliklər üzrə dəyərələndirilir. Dəyərləndirmədən
sonra vəziyyətin orta, yaxud ağır olduğu bilinir. Xüsusilə Omikron variantı ondan
əvvəlki mutasiyalara baxdıqda ağciyər toxumasına daha az tropluq göstərir,
yuxarı tənəffüs orqanlarında isə 70 dəfə daha sürətlə çoxalır. Bu da onu göstərir
ki, bu mutasiyaya yoluxan şəxslər yüksək
dərəcədə qızdırma ilə qarşılaşa bilərlər. Lakin əksər hallarda Delta
variantında olduğu kimi ağciyər zədələnməsi, tənəffüs çatışmazlığı inkişaf
etmir. Bu kimi ağırlaşmalar Omikron variantıda daha azdır”.
İnfeksionist
Omikron ştamının digər növlərdən fərqli olaraq səhiyyə sektorunu iflic vəziyyətə
sala biləcəyini də qeyd edib:
Əzizə
Zeynal