"Omikron" ştamı "delta" ilə müqayisədə... - İnfeksionist

"Omikron" ştamı "delta" ilə müqayisədə daha çox sürətlə yayılır. İnkubasiya dövrü isə daha qısadır - 72 saat. Bu isə o deməkdir ki, "delta" əvvəlki variantlarla müqayisədə tez yayıla bilirdisə, "omikron" daha tez bir zaman ərzində yayılır, lakin, klinik gedişatına görə əlamətlər "delta" ilə müqayisədə daha mülayimdir.

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.

Onun sözlərinə görə, ağır klinik gedişat və hospitalizasiya halları delta ilə müqayisədə aşağıdır.

"Lakin bu ştamın immun sisteminin üzülməsi olan şəxslərdə (QİÇS, uzunmüddətli immunsupressiv preparatlar qəbul edən şəxslərdə) ağır keçmə ehtimalı istisna olunmur. Simptomlarda oxşarlıq ola bilər, çünki bütün ştamlar SARS-cov 2 virusunun mutasiyalarıdır və tənəffüs yolları infeksiyasına aiddir. Ən çox üstünlük təşkil edən əlamətlər başağrısı və halsızlıqdır. Boğazda qaşınma, öskürək, ürək vurğularının sürətlənməsi, tərləmə kimi əlamətlərə də təsadüf etmək olar", - deyə o bildirib.


Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bəzi insanların niyə koronavirusa yoluxmadığı bəlli oldu - Alimlərdən yeni kəşf

COVİD-19-un yoluxmasını əngəlləyən yeni gen kəşf edilib.   Sfera.az bildirir ki, İsveçin nüfuzlu qurumlarından biri olan Karolinska İnstitutunda çalışan ...

Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər

Rusiyalı diyetoloq Yekaterina Markova arıqlamağa başlayan insanların ən çox buraxdığı səhvlər haqqında açıqlama verib. O, bu barədə "Moslente” nəşrinə danışıb. ...

Uşaqlar arasında yayılan xəstəliyin səbəbi nədir? – Pediatrdan AÇIQLAMA

"Məktəb və bağçalarda xəstəliklər çox yayılıb. Uşaqların xəstəlikdən tam sağalmadan kollektiv içərisinə buraxılması da xəstəliklərin daha geniş sferada yayılm...

“Omikron” ştamından qorunmağın yolu üçüncü doza vaksinasiyadır - Ekspert

"Omikron ştamının Azərbaycanda olması ilə bağlı məlumat dünən yayılsa da, bu o demək deyil ki, sözügedən virus bundan əvvəl Azərbaycanda olmayıb”.   ...

“Pfizer/BioNTech” şirkəti "Omicron" ştamı əleyhinə peyvənd hazırlayır

"Omikron” ştamı əleyhinə vaksin hazırlanır.   Sfera.az bildirir ki, bu barədə "Pfizer/BioNTech” şirkəti məlumat yayıb. Artıq peyvəndin istehsalına başlan...

"Omikron" ştamı "delta" ilə müqayisədə... - İnfeksionist

"Omikron" ştamı "delta" ilə müqayisədə daha çox sürətlə yayılır. İnkubasiya dövrü isə daha qısadır - 72 saat. Bu isə o deməkdir ki, "delta" əvvəlki variantlarla...